Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Tanımadığı şəxsin gediş haqqını verdi, milyoner oldu

Tarix: 12-01-2020 07:39     Baxış: 3291 A- / A+
Tanımadığı şəxsin gediş haqqını verdi, milyoner oldu

Rusiyanın Altay vilayətində uşaqlı qadının yol pulunu verən məktəbli oğlan milyoner olub.

Manevr.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, Kamen-na-Obi şəhərində bloqer Nataliya Mişina uşağı ilə avtobusa minib.

Avtobusda uşaq dəcəllik edib və gediş haqqını ödəmək qadının yadından çıxıb. Daha sonra o, pulun başqa bir sərnişin tərəfindən ödənildiyini öyrənib.

Məlum olub ki, bu jesti edən şəxs anası ilə yaşayan yeddinci sinif şagirdidir.

Uşaq bu xoşməramlı addımı ailəsindən insanların bir-birinə kömək etməsi lazım olduğunu öyrəndiyi üçün elədiyini deyib.

Bloqer bildirib ki, məktəblinin atası yoxdur, anası onu tək böyüdür. O, rəsm çəkməyi sevir, amma Rəssamlıq məktəbində oxumağa maddi imkanı çatmır.

Nataliya Mişina uşağın maddi ehtiyaclarının ödənilməsinə kömək məqsədilə "Instagram" hesabında pul toplanması üçün elan yerləşdirib. Bu məqsədlə iki min adamın iştirakı ilə 1,5 milyon rubl (41,550 AZN) pul yığılıb.

Uşağın anası bildirib ki, o, bu pulla oğluna mənzil alacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar