Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qanuna dəyişiklik edilir:Qiymət artımına səbəb olacaq

Tarix: 11-01-2020 12:26     Baxış: 4185 A- / A+
Qanuna dəyişiklik edilir:Qiymət artımına səbəb olacaq

Xəbər verdiyimiz kimi, "Poçt haqqında" qanuna dəyişikliklərlə bağlı təkliflər hazırlanaraq müvafiq dövlət qurumları ilə razılaşdırılıb. Əsas təkliflər ölkədə göstərilən universal poçt xidmətlərinin subsidiyalaşdırılmasının dayandırılması və tariflərin poçt operatorları tərəfindən sərbəst təyin olunmasıdır.

Bu qərar poçt xidməti qiymətlərinin bahalaşmasına səbəb ola bilərmi?

Manevr.az xəbər verir ki, mövzu ilə əlaqədar yenisabah-a danışan iqtisadçı ekspert Akif Nəsirli qiymət bahalaşmasının gözlənilən olduğunu deyib:

“Poçt tək Azərbaycanda deyil, bütün dünyada ənənəvi xidmət növlərindəndir. Bütün dünyada poçtun həm dövlət strukturları, həm də özəl strukturları var. Avropa ölkələrində əsasən poçt xidməti özəldir. Hesab edirəm ki, iqtisadiyyatın inkişafı baxımından, modernizasiya baxımından bu proqressiv bir addımdır. Biz modernləşmiş bazar iqtisadiyyatına doğru gediriksə, bütün xidmətlərin ən azı özəl alternativləri olmalıdır, tamamilə özəlləşdirilsə, daha yaxşı olardı.

Bu təqdirəlayiq addımdır, amma müəyyən qiymət artımına səbəb olacaq. Lakin məsələ burasındadır ki, bu poçt xidmətləri arasında rəqabət mühiti formalaşsa, bu proses xidmətləri də ədalətli bazar qiymətinə çevirəcək. Qiymətin ən ədalətli nizamlayıcısı azad rəqabətdir. Bu özəl operatorlar işə düşdükdən sonra biz bazarın rəqabət mühitini nizamlaya biləcəyiksə, o xidmətlərin də qiyməti normal məcraya düşəcək. Hesab edirəm ki, hökumətin hazırda göstərdiyi bütün xidmətlər özəlləşdirilməlidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar