Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Deputatlığa namizədlər üçün son gün

Tarix: 10-01-2020 10:03     Baxış: 3133 A- / A+
Deputatlığa namizədlər üçün son gün


Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti başa çatır.


Manevr.az məlumatına görə, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, sənədlər namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış, yəni 2019-cu il dekabrın 21-dən 2020-ci il yanvarın 10-u saat 18:00-dək təqdim edilməlidir.

Bundan əlavə, yanvarın 10-da səsvermə protokollarının hazırlanması müddəti başa çatır. Protokollar Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı ilə müvafiq poliqrafiya müəssisəsi tərəfindən səsvermə gününə ən geci 30 gün qalanadək, yəni yanvarın 10-na qədər hazırlanmalıdır.

Ötən gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputatlığa namizədlərə sənədləri vaxtında, yəni yanvarın 10-u saat 18:00-a qədər dairə seçki komissiyalarına təqdim etməyi tövsiyə edib. MSK sədri bildirib ki, qanunvericilikdə nəzərdə tutulan vaxtda təqdim edilməyən sənədlər qəbul edilməyəcək. /cebhe.info



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar