Sizin Reklam Burada
Xəbər lenti
12-05-2024
11-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bu gün Bakıdan Cocuq Mərcanlıya ilk marşrut xətti yola düşür

Tarix: 09-01-2020 10:31     Baxış: 2272 A- / A+
Bu gün Bakıdan Cocuq Mərcanlıya ilk marşrut xətti yola düşür

Bu gündən Bakıdan Cocuq Mərcanlı istiqamətinə ilk marşrut xətti yola düşəcək.

Manevr.az xəbər verir ki, bu barədə modern.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, 2 müntəzəm və 4 qeyri-müntəzəm xətt üzrə ümumilikdə 6 avtobus sərnişinlərin xidmətinə verilir:

“Müntəzəm marşrut xətti üzrə Bakı-Sabirabad-Saatlı-İmişli-Daşburun-Horadiz-Cocuq Mərcanlı, qeyri-müntəzəm xətt üzrə Bakı-Cocuq Mərcanlı trayektoriyası əhatə olunacaq”.

N.Allahyarova və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi Pərvin Məmmədova da ilk sərnişinlər sırasındadır.

“Bir neçə dəqiqədən sonra Cocuq Mərcanlının ilk reysinin ilk sərnişinləri olmaq qismət olacaq! Şuşaya gedəcəyimiz günə qədər Tanrı hamımızı qorusun”,-deyə N.Allahyarova qeyd edib.

Xatırladaq ki, ötən ilin sonunda Cocuq Mərcanlıya 3 istiqamətdə – Sumqayıt, Mingəçevir və Gəncə istiqamətində xətlər istifadəyə verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar