Xəbər lenti
Nərmini mən öldürmüşəm!..
“Beldən aşağı hissəsi yandırılıb”, “dırnaqları kəsilib”, “təcavüz edilib...”
İlahi! Bir xəbərdə nə qədər faciə, nə qədər əzab, nə qədər ağrı ola bilər...
Mənim 25 yaşım var! Nərmindən 15 yaş böyüyəm. Nərmin mənim anam, Nərmin mənim bacım, Nərmin mənim doğulmamış qızımdır.
Nərmini mən öldürmüşəm! Nərmini yazıq, zavallı olduğu üçün, tələbatımı ödəmək üçün, bakirə acgözü olduğum üçün... öldürmüşəm. Çünki Nərmin qızdır;
çünki Nərmin xəstə təfəkkürlü adamların əhatəsində böyüyüb;
çünki qadındır, dünyaya özü kimi zavallılar gətirməkçün doğulub...
...çünki qorxdum! Nərmini ona görə öldürdüm ki, mən daha da yazığam, mən zavallıyam…
çünki mən qadına “qurşaqdan aşağı” baxıram...
Mən hisslərimin quluna çevrilmiş caniyəm.
Həmin an Gülər də, Xədicə də, İlahə də mənim üçün Nərmin idi. 10 yaşlı qızcığazı görmürdüm, çünki mən hamıya beldən aşağı baxıram.
Bunu mənə SİZ öyrətmisiniz.
Məni xilas edin, edam yox!
Öldürməklə heç nə dəyişməyəcək. Biz yenə Nərminləri zorlayacağıq, öldürəcəyik. Çünki biz çoxuq.
Bizi siz yaratmısız, siz cani etmisiz. Siz öyrətmisiz qadına kölə kimi baxmağı, namussuzluğu, şərəfsizliyi…
Mən onun anasıyam, əmisiyəm, qonşusuyam. Mən...
Özünüzdən başlayın! Mən caniyəm. Bəs, siz kimsiz? “Kökümüzü kəsmək” üçün nə etdiniz? Nə edirsiniz?
Məni edam etməyin!
Mənə yaşamağı, insan olmağı öyrədin!.
Turanə Məmmədli
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar