Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ata uşağını döydü, anası çəkib "Facebook"da yayımladı - ŞƏKİL

Tarix: 09-01-2020 06:26     Baxış: 3171 A- / A+
Ata uşağını döydü, anası çəkib "Facebook"da yayımladı

Ukraynalı deputatın oğlunun azyaşlı uşağını döyməsi öz ölkəsində böyük müzakirələrə səbəb olub. Maraqlıdır ki, hadisənin kadrlarını uşağın anası özünün "Facebook" səhifəsində paylaşıb.

Bu barədə xəbəri Lenta.ru yayımlayıb.

Kadrlarda döyülən uşağın yalvarış səsinə baxmayaraq, atanın döyməyə davam etməsi və bu zaman da "Ağzını yum! Ağzını yum..." deyərək söyməsi görünür.

Bildirilir ki, kişi Ukraynada Dnepropetrovsk Regional Şurasının "Müxalifət Bloku"ndan olan deputatın oğlu Viktor Yarovoydur.

Uşağın anası Aleksandra Yarovaya bu anları videoya çəkməyin onun üçün iyrənc hal olduğunu bildirib: "İnsanlar dəyişmir. Oğlumdan üzr istəmişəm artıq. Ümid edirəm ki, məni bağışlayar. Atası Yeni il münasibəti ilə oğlunun yanına gəlmişdi".

Yarovaya son zamanlar əri ilə birlikdə yaşamadığını - davamlı döyülməsi səbəbindən onu tərk etdiyini deyib. Qadın əvvəllər ərinin yalnız ona əl qaldırdığını, ancaq atası ilə danışmaqdan imtina etdikdən sonra oğlunu da döyməyə başladığını vurğulayıb. sonxeber.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar