Xəbər lenti
Bu qadınların vəzifəsi insanları ağlatmaqdır - VİDEO
Bu qadınların vəzifəsi necə deyərlər insanları ağlatmaqdır. Söhbət yas mərasimlərində mərsiyyə deyən qadınlardan gedir. Bəs bu işlə hər kəs məşğul ola bilərmi bunun üçün nə tələb olunur? Əməkdaşlarımız bu və digər sualların cavabınıaraşdırıblar.
Məclislərin hər birini belə mərsiyyələr deyirlər. Bu insanların peşəsi yas yerlərində məclisə gələnləri ağlatmaq əgər belə demək mümkündürsə məclisi qızışdırmaqdır.
Həmsöhbətimiz Zöhrə Bayramova sözlərinə görə 17 ildən çoxdur ki,yas mərasimlərində mərsiyyə deməklə mməşğuldur. eyni zamanda məclislərdə mollalıq da edən Zöhrə Bayramova məclislərə adətən tək getdiyini deyir. Çzü də deyir ki tez-tez məclislərə dəvət olunur.
Onun sözlərinə görə hətta məclislərə gedəndə özü ilə məlisdə ölən insanın şəxsiyyətinə uyğun olaraq hazır mərsiyyələrdə aparır. Bunun üçün onun xüsusi dəftərçəsi də var.
Müsahibizə bəs bu yaslarda rəhmətə gedənlərin öz yaxınlarınız olmadığı halda onları necə ağlada bilirsiniz sualını verəndə isə maraqlı bir cavabla qarşılaşdıq.
Məsləyə münasibət bildirən Qafqaz Müsəlmanları İdarəsi isə bu peşə ilə məğşul olanlardan hər hansı bir rəsmi tələbin olmadığını desələr də mərsiyyə məclislərini aparanların dini cəhətdən savadlı olmalarının vacib olduğunu deyir.
İdarə rəsmisinin sözlərinə görə artıq bu işlə bağlı nəzarət gücləndirirləcək mərsiyyə deyən qadınların hərbiri xüsusi kurslara cəlb olunacaq imtahan verib sertifikat aldıqdan sonra bu işlə məşğul ola biləcəklər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar