Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Azərişığ”ın yeni sədri kimdir?

Tarix: 07-01-2020 22:06     Baxış: 4160 A- / A+
“Azərişığ”ın yeni sədri kimdir?


Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Vüqar Əhmədov "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti sədri təyin edilib.

Manevr.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Vüqar Cəbrayıl oğlu Əhmədov Mingəçevir şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində menecment fakültəsində bakalavr və magistr pillələri üzrə təhsil alıb.

O, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idraəetməsi ixtisası üzrə təhsil alıb, Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsinin menecment kafedrasının iqtisad üzrə fəlsəfə doktoru proqramının doktorantıdır.

2015-2018-ci illərdə Rusiya Federasiyasının Prezidentinin yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında təhsil alıb. O, Xarici İqtisadi Əlaqələr Nazirliyində və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Bir müddət Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (sonradan İqtisadiyyat və Sənaye Nazirliyi) İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru vəzifəsində çalışıb.

2015-ci ildən hal-hazıradək "Azərişıq" Açıq Səhmdar Cəmiyyətində sədr müavini vəzifəsində çalışırdı. 2020-ci il yanvarın 7-də Azərbaycan Prezidentinin sərəncamı ilə "Azərişıq" ASC-nin sədri vəzifəsinə təyin edilib.

Ailəlidir. İki övladı var.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar