Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ege Hospitalda daha bir şöbə istifadəyə verildi

Tarix: 07-01-2020 11:32     Baxış: 3143 A- / A+
Ege Hospitalda daha bir şöbə istifadəyə verildi


Daima yenilənən və inkişaf edən Ege Hospitalda daha bir şöbə istifadəyə verildi.

Manevr.az xəbər verir ki, artıq Ege Hospitalda Ağciyər Cərrahiyyə mərkəzi fəaliyyət göstərir. Ege Hospitalın Ağciyər Cərrahiyyə mərkəzinin torakal cərrahı Uzm. Dr Nurlan Əlizadə tərəfindən döş qəfəsi divarı, ağciyərlər, plevra, divararalığı, timus, diafraqma və tənəffüs borusuna aid onkoloji və infeksion xəstəliklərin həm açıq ( torakotomiya), həm qapalı (videotorakoskopik), həm də hibrid metodla cərrahi müalicəsi icra olunur.

Azərbaycanda ilk dəfə olaraq minimal invaziv düzəltmə əməliyyatları olan Nuss və Abramson əməliyyatları ilə uşaqlarda və böyüklərdə çəkməçi və toyuq döş qəfəsi deformasiyalarının tam olaraq müalicəsi Ege Hospitalda həyata keçirilir.

Əl və qoltuqaltı hədsiz tərləmələrdə VATS simpatikotomiya əməliyyatı, döş qəfəsi divarının rezeksiya və rekonstruksiyası, diafraqma yırtıqlarında təmir və yüksəlmələrində plikasiya cərrahiyyəsi, Miastenia Gravis xəstəliyində timektomiya əməliyyatı, hech bir klinikada icra olunmayan patalojik limfa düyünlərinin mediastinoskopiya və mediastinotomiya ilə biopsiyası, Torasik çıxış sindromunun cərrahiyyəsi və döş qəfəsi travmalarına aid bütün təcili müdaxilələr , eləcə də döş sümüyü və qabırğa qırıqları, döş boşluğuna hava və qan toplanması ən son minimal invaziv yollarla müalicə edilir. Həmçinin lokal anesteziya ilə körpücüküstü və qoltuqaltı limfa düyünlərindən biopsiyalar , döş boşluğuna drenaj borusu və kateter yerləşdirilməsi peşəkar cərrahımız Uzm. Dr Nurlan Əlizadə tərəfindən müvəffəqiyyətlə icra edilir.

Dünyada həyati təhlükəyə ən çox səbəb olan xəstəliklər arasında ağciyər xəstəlikləri ilk sıralardadır. Bu xəstəlikləri erkən dövrdə müəyyən etmək üçün vaxtında müayinələrdən keçmək mütləqdir.

Ege Hospital hər zaman yerli və xarici vətəndaşlara vaxtında və dəqiq şəkildə yardım edə bilmək üçün çalışan tibb müəssisəsi kimi tanınıb. Və bu sahədə də Ağciyər Cərrahiyyə mərkəzinin yaradılmasını bunun bariz göstəricisi kimi qeyd edə bilərik.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar