Xəbər lenti
Avstraliyadakı meşə yanğınları ilə mübarizəyə 25 min ayırdı

Rusiyalı tennisçi Mariya Şarapova Avstraliyadakı meşə yanğınları ilə mübarizəyə 25 min dollar vəsait ayırıb.
Bu barədə o, Tvitter səhifəsində məlumat verib.
“Son 15 ildə Avstraliya yanvarda bir aylıq mənim evim olurdu (bu müddət ərzində “Australian Open” keçirilir – red.). Yanğınların torpaqları, gözəl ailələri və heyvanları necə məhv etdiyini görmək çox ağırdır. Mən 25 min dollar məbləğində iyanə etmək istərdim”, - Şarapova yazıb.
Qeyd edək ki, yanğınlar nəticəsində 6 milyon hektar meşə, 2 minə yaxın yaşayış evi və 3 min inzibati və təsərrüfat tikililəri məhv olub. Bundan başqa, yanğında 23 insan, 3 yanğınsöndürən, 8 minədək koala, yüz minlərlə digər növ heyvanlar ölüb, 6 insan itkin düşüb.
Xatırladaq ki, daha əvvəl Avstraliyalı aktrisa Nikol Kidman və müğənni Pink ölkədəki meşə yanğınları ilə mübarizəyə hər biri 500 min ABŞ dollar olmaqla ümumilikdə 1 milyon dollar vəsait ayırmışdı. qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar