Xəbər lenti
Qadınları cinayətə sövq edən səbəblər - VİDEO
Statistika göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə, cinayət törətmiş qadınların sayı 5,1 faiz artıb.
Mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.
Hüquqşünas Siracəddin Kərimovun sözlərinə görə, mövcud statistika onu göstərir ki, qadınların ən çox törətdiyi cinayətlər sırasında birinci yerdə oğurluq dayanır. Sonrakı yerlərdə dələduzluq, məişət zorakılığı və avtomobil nəqliyyatı sahəsində olan cinayətlər gəlir.
O bildirib ki, bunların da müxtəlif səbəbləri var:
"Sosial şəbəbəkələrin açıq olması qadınların nəzarətdən yayınmasına zəmin yaradır. Çünki sosial şəbəkələr vasitəsilə bir neçə dəqiqə içərisində kimlə istəsən, əlaqə yaratmaq olar və bu da haradasa qadınların cinayətlərə cəlb olunmasında vasitə kimi rol oynanır".
Sabiq polis rəisi Şəmsəddin Əliyev deyib ki, sosial durumunun çətinliyindən çıxış yolu axtarıb tapa bilməyəndə bu, münaqişələrə gətirib çıxara bilir və bəzən qadın da əks bir addım atır, cinayətin subyektinə çevrilir.
Ekspertlər bildirir ki, bu sahədə hüquqi maarifləndirmə aşağıdır və bu işlə tək bir qurum yox, bütün qurumlar kompleks şəkildə məşğul olmalıdırlar.
"Biz bu sahədə mübarizədən öncə krimonoloji nəzəriyyə baxımından o səbəbləri aşkar etməliyik", - deyə Ş.Əliyev əlavə edib.
İstənilən halda bu cür hadisələr arzuolunmazdır. Və bizdə cəmiyyətin bir üzvü kimi bu cür hadisələrlə mübarizə aparmalıyıq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar