Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Oqtay Gülalıyevin səhhətində irəliləyiş var: “Əllərini hərəkət etdirir”

Tarix: 06-01-2020 16:27     Baxış: 5203 A- / A+
Oqtay Gülalıyevin səhhətində irəliləyiş var: “Əllərini hərəkət etdirir”


"Atam Oqtay Gülalıyevin səhhətində müsbət hallar artmağa başlayıb”.

Manevr.az-ın məlumatına görə, bunu Türkiyədəki "American Hastanesi”ndə müalicəsi davam edən hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev bildirib.

"Belə ki, infeksiyalardan və böyrəkdə olan geriləmələrdən tam azad olub. Hərarəti normaldır. Həmçinin hər iki gözlərini açaraq, əllərini hərəkət etdirir. Tezliklə gözəl xəbərləri vermək ümidi ilə”, - deyə oğlu qeyd edib.

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi "Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev "City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.

Beyin əzilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.

Bir gün sonra Türkiyəyə aparılıb. Onun bütün müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar