Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın adından Trampa saxta təbrik yazan şəxs saxlanılıb

Tarix: 06-01-2020 05:53     Baxış: 3153 A- / A+
Paşinyanın adından Trampa saxta təbrik yazan şəxs saxlanılıb

Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkənin baş naziri Nikol Paşinyanın İrana qarşı əməliyyata görə ABŞ prezidenti Donald Trampı təbrik etməsi barədə “facebook”da yanlış informasiya yayan səhifənin sahibini aşkarlayıb.

Manevr.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə xidmətin mətbuat mərkəzindən bildirilib.

Xidmətin saytında qeyd edilir ki, keçirilmiş operativ əməliyyat-axtarış tədbirləri nəticəsində saxta “Diana Arutunyan” səhifəsinin sahibinin şəxsiyyəti müəyyənləşdirilib. "O, Milli Təhlükəsizlik Xidmətinə aparılıb və öz hərəkətləri haqqında izahat verib", - xəbərdə əlavə olunur.

Saytda saxlanılan şəxsin ifadələrinin yer aldığı videoçarx da yerləşdirilib. Həmin şəxs görüntülərdə bildirib ki, "Ermənistan hakimiyyətini nüfuzdan salmaq üçün saxta məlumatlar yayıb. Çünki müxalif baxışlara malikdir və Robert Koçaryanın həbsini qanunsuz hesab edir".

Videoçarxda onun üzü bağlanılıb.

Mətbuat mərkəzindən bildirilib ki, fakt üzrə cinayət işi qaldırılıb. Ona qarşı Cinayət Məcəlləsinin hansı maddəsi üzrə ittihamın irəli sürüldüyü açıqlanmır.

Paşinyan ənənsinə sadiq olaraq bu məsələdə Azərbaycan mətbuatını ittiham edirdi. Baş nazir iddia edirdi ki, onun adından ABŞ prezidentini təbrik etməsi barədə yalan məlumatı guya Azərbaycan mediası yayıb, İran KİV-i isə bunu tirajlayıb. Lakin sonda Ermənistanın baş nazirinin yalan danışdığı üzə çıxıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar