Xəbər lenti
Bu surəni oxuyan gecə-gündüz itirdiklərini əldə edər
"Rum" surəsi 60 ayədən ibarətdir və məşhur nəzərə əsasən, bütünlüklə Məkkədə nazil olduğundan, Məkkədə nazil olmuş surələrin möhtəvası ilə eynidir. Surədə tövhid və şirklə mübarizə, məad və axirət məhkəməsi xüsusi vurğulanır və digər uyğun məsələlərdən də söz açılır.
1. "Ənkəbut" surəsi ilə "Rum" surəsini mübarək Ramazan ayının 23-cü gecəsində tilavət etməyin çoxlu fəziləti, savabı vardır. İmam Sadiq (ə) bu haqda buyurmuşdur:
مَن قَرَأَ سورَةَ العَنکَبُوتِ وَالرُّومِ فی شَهرِ رَمَضانَ لَیلَةَ ثَلاث وَعِشرِینَ فَهُوَ وَاللّهِ مِن أهلِ الجَنَّةِ لا أستَثنی فیهِ أبَداً وَلا أخافُ أن یَکتُبَ اللّهُ عَلَىَّ فی یَمینی إثماً وَإنَّ لِهاتَینِ السُّورَتَینِ مِنَ اللّهِ مَکاناً;
"Ənkəbut və Rum surələrini Ramazan ayının 23-cü gecəsində tilavət edən şəxs, and olsun Allaha ki, cənnət əhlindən qərar verilər. Mən bu məsələdə heç kimi istisna etmirəm və bilirəm ki, bu qəti andıma görə Allah mənə günah yazmayacaqdır. Şübhəsiz, bu iki surənin Allah dərgahında məqamı böyükdür." ("Nurus-səqələyn", 4-cü cild, səh.147.)
2. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
وَمَن قَرَأها کانَ لَهُ مِنَ الأجرِ عَشرُ حَسَنات بِعَدَدِ کُلِّ مَلَک سَبَّحَ لِلّهِ ما بَینَ السَّماءِ وَالأرضِ وَأدرَکَ ما ضَیَّعَ فی یَومِهِ وَلَیلَتِهِ;
"Hər kim "Rum" surəsini oxusa, yerlə göy arasında Allaha zikr deyən hər bir mələyin sayı müqabilində on savaba sahib olar və gecə-gündüz itirdiklərini də əldə edər." ("Məcməül-bəyan", "Rum" surəsinin başlanğıcı; "Təfsiri-nümunə", 16-cı cild, səh.355-357.)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar