Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

İraq Baş Naziri: ABŞ Süleymaniyə qarşı əməliyyatdan bir neçə dəqiqə əvvəl İraq hökumətini məlumatlandırıb

Tarix: 05-01-2020 18:33     Baxış: 3197 A- / A+
İraq Baş Naziri: ABŞ Süleymaniyə qarşı əməliyyatdan bir neçə dəqiqə əvvəl İraq hökumətini məlumatlandırıb


Bu gün İraq Baş Naziri Adil Abdul Mehdi parlamentdə çıxış edib.

Manevr.az “Əl-Ərəbiyə” telekanalına istinadən verdiyi məlumata görə, A. A. Mehdi ABŞ-ın Bağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymaniyə qarşı həyata keçiriləcək əməliyyat barədə İraq hökumətini məlumatlandırdığını açıqlayıb.

Baş Nazir deyib ki, ABŞ əməliyyatdan bir neçə dəqiqə əvvəl bu barədə İraq hökumətini məlumatlandırıb: “İraq hökuməti ABŞ-ın bu qərarına qarşı çıxdı”.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

ABŞ Prezidenti Donald Tramp isə İranı 52 obyektə zərbə endirilə biləcəyi ilə hədələyib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar