Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əhaliyə verilən təbii qazın limiti aşağı salınır? - RƏSMİ AÇIQLAMA

Tarix: 05-01-2020 12:35     Baxış: 4267 A- / A+
Əhaliyə verilən təbii qazın limiti aşağı salınır? - RƏSMİ AÇIQLAMA


Bir neçə gündür ki, sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində təbii qazın illik istehlak həcminin 2 200 kubmetrdən 1700 kubmetrə endirilməsi xəbərləri yayılıb.

Məlumat əhali arasında müzakirələrə səbəb olub.

Manevr.az-ın xəbərinə görə, “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov oxu.az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar əsassızdır:

“Bəzi saytlarda təbii qazın illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün 20 qəpik müəyyənləşdirilməsi ilə bağlı məlumat yayılıb ki, nəticədə, Bakıdan və regionlardan xeyli sayda abonent “Azəriqaz”ın “104” və “185”' saylı qaynar xəttinə müraciət edib.

Təbii qazın illik istehlak həcminin 1700 kubmetr həcmini keçdikdən sonra hər kub metrə görə 20 qəpik olması yanlışdır. 2019-cu ilin may ayına kimi təbii qazın illik istehlak həcminin limiti 1700 kubmetr idi. Ölkə başçısının tapşırığı ilə Tarif (qiymət) Şurası tərəfindən ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, mayın 1-dən 1700 kubmetrə 500 kubmetr limit əlavə edildi.

Yalnız illik istehlak həcmi 2200 kubmetri keçən abonentlər limitdən artıq hissənin ödənişini 20 qəpikdən edirlər”.

C.Səfərov qeyd edib ki, 2019-cu il ərzində Azərbaycanda 85 faiz qaz istifadə edən abonent 2200 kubmetri keçməyib:

“Yəni onların təbii qaz istifadəsi hər kubmetrə görə 10 qəpikdən hesablanıb. Yalnız 15 faiz əhali illik istehlak həcimini keçib.

Bu da yaxşı bir haldır ki, abonentlərə göstərilən dəstək öz nəticəsini verir. “Azəriqaz” İstehsalat Birlyi insanlara belə əsassız məlumatlara inanmamağı tövsiyə edir”.

Qeyd edək ki, 2019-cu ilin aprelin 30-da Tarif Şurası ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, mayın 1-dən 2200 kubmetr həcmində müəyyən edilməsi barədə qərar verib.

Nəticədə, əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 2200 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 2200 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar