Xəbər lenti
Gənc şairin seçicilərinə basqılar- İcra nümayəndəsinin özbaşnalığı
Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü, şair-publisist Tural Turanın 102 saylı Samux-Şəmkir dairəsindən növbədənkənar parlament seçkilərinə namizədliyi təstiqləndikdən sonra Samuxun Əhmədbəyli kəndinin icra nümayəndəsi Seymur Şükürov tərəfindən əhaliyə basqılar edilir. Xüsusən də təzyiqlər Tural Turanın imza vərəqələrində imzası olan şəxslərədir.
Manevr.az xəbər verir ki, bu barədə Preziden təqaüdçüsünün özü bildirib. Onun sözlərinə görə Seymur Şükürov Əhmədbəyli kəndindəki seçicilərə basqı edib ki, imzalarını geri götürsünlər: "Bu haqda mənə indi məlumat verdilər. Məsələni artıq nəzarətə götürdüm. Hüquqi müstəvidə əncam çəkiləcək.
Mərkəzi Seçki Komissiyasına da, Samux Rayon İcra Hakimiyyətinə də icra nümayəndəsinin özbaşınalığı və qanun pozuntuları ilə bağlı rəsmi müraciət ünvanlanacaq.
Hətta Samuxun Sərkar və Şəmkirin Qaracəmirli kəndində də imza verənlər anoloji təhdidlərlə üzləşib.
Görünür, ölkə başçısı İlham Əliyevin yürütdüyü siyasətə əks gedənlər yerlərdə hələ də qalır. Hakim partiyaya ləkə sürən məmurların YAP sıralarından tezliklə təmizlənəcəyinə ümidim böyükdür.
Onu da deyim ki, seçki prosesinə qeyri-qanuni müdaxilə, vəzifə səlahiyyətlərindən süi-istifadəyə görə Cinayət Məcəlləmizdə 1 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Yeri gəlmişkən, onu da deyim ki, artıq 102 saylı DSK tərəfindən namizədliyim təsdiq olunub."
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar