Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Xaçmazda unikal “Zaporojest” abidəsi - ŞƏKİLLƏR

Tarix: 01-01-2020 21:49     Baxış: 4359 A- / A+
Xaçmazda unikal “Zaporojest” abidəsi - ŞƏKİLLƏR


Xaçmaz şəhərinin Rəşid Behbudov küçəsindəki avtoservisin sahibi diqqət çəkmək üçün maraqlı üsula əl atıb.

Manevr.az xəbər verir ki, o, dəmir dirəyin köməyi ilə “Zaporojest” markalı avtomobili servisin qarşısında 10 metr yüksəkliyə qaldırıb.

İdeyanın sahibi Gülhəsən Fərmanov bildirir ki, avtomobili 2001-ci ildə Əbdül adlı rayon sakinindən alıb. Hazırda “Zaporojest” ömrünü başa vuran bir avtomobil kimi görünsə də, nəqliyyat vasitəsi dirəyin üzərinə qaldırılana kimi işlək vəziyyətdə olub.

Maşın dəmir konstruksiyalı dirəyə boltlar və qaynaq vasitəsilə bərkidilib.Təhlükəsizlik məqsədi ilə yüngül olsun deyə, avtomobilin mühərriki və bəzi ağır hissələri çıxarılıb. Bu ideya sahibinə üç min manata başa gəlib.

Gülhəsən Fərmanov deyir ki, indi hamı buranı “Zaporojest” küçəsi kimi tanıyır. Həm də onlar müştərilərinə məkanı tanıtmaqda çətinlik çəkmir. Avtomobil sahibi maşının mühərrikini saxladığını, nə vaxtsa lazım olarsa, avtomobili yenidən işlək vəziyyətə gətirə biləcəyini bildirir.

Şimal bölgəsində yeganə olan bu tanıtım nişanı hətta rayona gələn qonaqların və xarici turistlərin də marağına səbəb olur./oxu.az

Manevr.az

Xaçmazda unikal “Zaporojest” abidəsi - ŞƏKİLLƏR
Xaçmazda unikal “Zaporojest” abidəsi - ŞƏKİLLƏR
Xaçmazda unikal “Zaporojest” abidəsi - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar