Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda uşaqlarla bağlı yeni qaydalar qüvvəyə mindi

Tarix: 01-01-2020 10:51     Baxış: 4198 A- / A+
Azərbaycanda uşaqlarla bağlı yeni qaydalar qüvvəyə mindi


Gələn il yanvarın 1-dən uşaq verilişlərində yayılan reklamların uşaqların yaş kateqoriyasına uyğun olması tələbi qoyulacaq.

Manevr.az bildirir ki, bu məsələ Prezident İlham Əliyev tərəfindən yeni təsdiqlənən "Reklam haqqında" qanunda öz əksini tapıb.

Qanuna edilən yeni əlavəyə əsasən, bu gündən uşaqlar üçün kino və video xidmətlərin göstərilməsi zamanı, uşaq teleradio proqramlarında və verilişlərində, uşaqlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır.

Uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında (telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə yol verilməyəcək.

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna əsasən, internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunmalıdır.

"Təhsil haqqında" qanuna edilən yeni əlavəyə əsasən, bu gündən uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində və ya həmin müəssisələrin sərhədindən yüz əlli metrdən az olan məsafədə yayılmasına yol verilməyəcək.

"Məktəbəqədər təhsil haqqında" Qanuna edilən əlavəyə əsasən, yanvarın 1-dən məktəbəqədər təhsil müəssisələrində uşaqların təlimi üçün nəzərdə tutulan informasiya məhsullarının məzmunu və bədii tərtibatı altı yaşadək uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının məzmununa və bədii tərtibatına uyğun olmalıdır./trend/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar