Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şərab bilib içdi, üç ildən sonra dəhşətə gəldi

Tarix: 01-01-2020 07:55     Baxış: 3307 A- / A+
Şərab bilib içdi, üç ildən sonra dəhşətə gəldi

Britaniyada məşhur proqramda maraqlı hadisə yaşanıb. Belə ki, "Antique Roadshow" şousunun üzvü Endi Makkonel proqram çərçivəsində şərab əvəzinə səhvən sidik içib. Bu barədə "Daily Mail" xəbər yayıb.

Bildirilir ki, hadisə 2016-cı ildə baş versə də həqiqət bu yaxınlarda ortaya çıxıb.

2016-cı ildə, Makkonel, layihəyə dəvət olunan bir mütəxəssis olaraq, Britaniyanın Kornuall əyalətinin sakinlərindən birinin həyətində basdırılan şüşə butulkanın içərisindəki mayenin dadına baxıb. Həmin vaxt o, tərkibin portveyn (Portuqaliyada şərab növü) və ya qırmızı şərab olduğunu hesab edib.

Üç il sonra, elm adamları şüşənin tərkibini araşdırıblar və məlub oldu ki, onun içində sidik, mis sancaqlar, az miqdarda spirt, kiçik xərçəng və insan tükləri var. Bundan əlavə, qabdakı maddələrin təxminən 179 yaşı olduğu qənaətinə gəlinib.

Şounun aparıcısı şüşənin həmin dövrdə "pis ruhlar"dan qorunmaq üçün bir vasitə ola biləcəyi, bu səbəbdən həyətdə basdırıla biləcəyini deyib.

Həqiqət ortaya çıxdıqdan sonra şounun aparıcısı Makkoneldən sözügedən tərkibi daddığı üçün peşman olub-olmadığını soruşub. O isə cavabında "Bu fürsəti qaçırmaq olmazdı", - deyib.

"Antique Roadshow", əntiq mütəxəssislərinin müxtəlif bölgələrə səyahət etdikləri və yerli sakinlərin satın aldıqları şeyləri qiymətləndirdiyi televiziya şousudur. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar