Xəbər lenti
Texnologiyanın həll edəcəyi 7 problem – SİYAHI
Texnologiya sayəsində irili-xırdalı bir çox problemi ortadan qaldırıb dünyanı daha yaxşı yerə çevirə bilcəyimizə ümid edə bilərik.
Manevr.az ted.az-a istinadən texnologiyanın yaxın gələcəkdə kökündən həll edəcəyi 7 problemi sıralayıb.
1. Telefonda itirilən vaxt
Həkimin qəbuluna yazılmaq, avtomobil sığortası üçün daha məqbul qiymət almaq kimi bir xeyli işi həll etmək üçün telefonla vaxt itiririk. Hələlik yeni başlasa da, "Google Duplex" bu cür işləri süni intellektin də görə biləcəyini sübut etmişdi.
2. Diqqətsiz sürücülər
"Volvo XC60" yol təhlükəsizliyinin gəldiyi son nöqtəni göstərən maraqlı örnəkdir. Avtomatik əyləc sisteminə sahib avtomobil velosiped və heyvanları "hiss edə" bilir. Bundan başqa, toqquşma təhlükəsindən yayına, hətta yuxuya gedəndə hərəkəti dayandıra bilir.
3. Enerji naqilləri
"Android"də olduqca yayğın olan, artıq "iPhone"da tətbiq edilən naqilsiz adapterlər çox keçməz ki, bütün cihazlarda istifadə olunacaq. Bu alətlərin avtomobillərdə də tətbiq olunmasına çox qalmadığı iddia edilir.
4. İtmiş açarlar
Telefonla ödəniş, bilet yerinə telefonu istifadə etmək kimi məsələlərə alışmısınızsa, açar əvəzinə də telefon marağınızı çəkəcək. Bu tip açarlar yalnız otellərdə deyil, avtomobilinizdə də işə yaraya bilər. Telefonu itirsəniz, başqa cihazda hesab açıb problemi həll edə bilərsiniz.
5. Unudulan şifrələr
Barmaq izi texnologiyasının yüksəlişi ilə şifrələrin qürub dövrü başlayıb. "Intel"in "Authenticate" texnologiyası isə üz tanıma, barmaq izi, NFC və PIN kodunu birləşdirərək parol dövrünü tamamilə yekunlaşdırmağı hədəfləyir.
6. Birdən artıq pult
Televizor üçün hələ də birdən artıq pult istifadə etmək o qədər də ürəkaçan deyil. Səs sistemi, peyk sistemi, oyun konsolu və televizora bağlı digər alətlərin hərəsi üçün ayrı pult lazım gəlir. İllərdir, peyk pultları da problemi çözənə oxşamır. Ancaq problem "Siri", "Cortana", "Alexa" kimi rəqəmli assistentlər tərəfindən həll edilə biləcək məsələyə oxşayır. Yaxın gələcəkdə assistentinizə hansı serialı izləmək istədiyinizi demək kifayət edəcək.
7. Nəqliyyat
Yaşadığınız şəhərdən asılı olaraq siyahıdakı ən böyük problem tıxac ola bilər. Elektrikli velsoipedlər elektroskuterlər, izdihamlı şəhərləri "yenidən yaratmağa" namizəddir. Bu cihazlar ətraf mühiti çirkləndirməməkdən əlavə, normal velosipedi idarə edə bilməyənlər üçün də uyğundur. Üstəlik, bir çox yerə avtomobillərdən daha tez getməyinizi təmin edə bilirlər. Avtomobillərin əksinə bu vasitələrin böyük yerə və bahalı adapterə ehtiyacı yoxdur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar