Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda çörək zavodunun direktoru şantaj olunub

Tarix: 30-12-2019 05:25     Baxış: 2229 A- / A+
Bakıda çörək zavodunun direktoru şantaj olunub

Bakıda “Nur” çörək zavodunun direktoru şantaja və pul tələbinə məruz qalıb.

Bu barədə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindəki mənbə məlumat verib.

Dekabrın 28-də müəssisənin direktoru, 1977-ci il təvəllüdlü Söhrab Cabbarov 17-ci Polis Bölməsinə müraciət edərək, saat 09:00 radələrində Ziyad adlı birinin ona zəng etdiyini deyib. O, “Nur” zavodunda hazırlanmış çörəkdən bir parça rezin tapdığını bildirib.

Həmin adam sahibkara tələb olunan məbləği ödəməyəcəyi təqdirdə keyfiyyətsiz məhsulla bağlı Qida Təhlükəsizliyi Agentliyinə şikayət edəcəyi ilə hədələyib. Onun zavod direktorundan nə qədər pul tələb etdiyi hələlik bilinmir.

Faktla əlaqədar istintaq başladılıb, şübhəli şəxsin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, bu, Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini Ziyad Abbasovdur.

Telefon danışığında zavod direktoru məlumatı təsdiqləyib, ancaq istintaq getdiyini bildirərək, şərh verməkdən imtina edib. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar