Sizin Reklam Burada
Xəbər lenti
02-02-2026
01-02-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda trans yağların normativ həddi aşağı salına bilər

Tarix: 29-12-2019 19:55     Baxış: 4320 A- / A+
 Azərbaycanda trans yağların normativ həddi aşağı salına bilər


Azərbaycanda qida yağlarının tərkibində trans yağların normativ həddinin aşağı salınması məsələsi qanunla tənzimlənməlidir.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda trans yağlarla bağlı normativ hədd göstəricisi səkkiz faiz təşkil edir:

“Amma bu rəqəm iki faiz təşkil etməlidir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi istəyir ki, Avropa Qida Təhlükəsizliyi Agentliyinin tövsiyələrinə uyğun olaraq ölkədə də trans yağlarının yuxarı həddini iki faiz edək. Təbii ki, bu məsələ qanunvericilikdə öz əksini tapmalıdır”.

Q.Təhməzli qeyd edib ki, enerji içkilərində olduğu kimi, trans yağlarla bağlı müvafiq normativ hüquqi sənədlər işlənilir:

“Sənədlər hazır olduqdan sonra Ədliyyə Nazirliyinə təqdim olunacaq. Orada qeydiyyatdan keçdikdən sonra hüquqi qüvvəyə minəcək”./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar