Xəbər lenti
27 nəfərin deputatlığa namizədliyi qeydə alındı

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1808 nəfər müraciət edib.
Manevr.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, namizədlərin 350 nəfəri 18 siyasi partiya tərəfindən irəli sürülüb: "11 nəfər təşəbbüs qrupları tərəfindən, 1447 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb".
M. Pənahov bildirib ki, müraciət edən şəxslərin 1348 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub: “Onlardan 1142 nəfəri isə imza vərəqələrini artıq götürüb, 159 nəfər imza vərəqini qaytarıb, 27 nəfər deputatlığa namizədliyi qeydə alınıb. Deputatlığa qeydə alınanlardan 1-i siyasi partiya üzvüdür. 74 nəfər isə seçkilərdə iştirakını dayandırıb”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar