Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyənin yerli avtomobili Azərbaycana gətiriləcək?

Tarix: 28-12-2019 18:29     Baxış: 7269 A- / A+
Türkiyənin yerli avtomobili Azərbaycana gətiriləcək?


Türkiyə tərəfindən istehsal edilməsi planlaşdırılan elektrik mühərrikli avtomobilin ötən gün təqdim edilməsindən sonra bəzi suallar ortaya çıxıb.

Bunlardan biri 2022-ci ildə kütləvi istehsal olunacaq avtomobilin xarici ölkələrə çıxa bilmə ehtimalıdır.

Son dövrlərdə texnologiyada yaşanan inkişaf "Apple”, "Google”, "Amazon” kimi nəhəng şirkətlərin avtomobil sektoruna daxil olması nəticəsində qeydə alınıb. Bu yenilik qarşısında tədbir görmək istəyən ənənəvi istehsalçılar birləşməyə üstünlük verir. Bunun son nümunəsi İtaliya-ABŞ ortaqlığı ilə "Fiat Chrysler” və Fransa PSA-sının 50 milyard dollarlıq birləşməsi oldu. Birləşmə nəticəsində ortaya çıxan qrupun "Volkswagen”, "Renault-Nissan-Mitsubishi” və "Toyota”dan sonra 4-cü yerə qalxması və 8,7 milyon avtomobil satması gözlənilir.

Nəqliyyat vasitələri Təchizatı İstehsalçıları Birliyinin (TAYSAD) sədri Alpər Kaynarcaya görə, belə çətin dövrdə Türkiyənin öz istehsalı olan elektrik mühərrikli avtomobillə dünya bazarına çıxması qısa müddətdə mümkün kimi görünmür: "175 min ədədlik istehsal dünya bazarı üçün kiçik miqdardır. Dolayısı ilə, dünya bazarlarında qısa müddətdə diqqət çəkəcək marka olacağını sanmıram. 22 milyard dollarlıq sərmayənin daimi ola bilməsi üçün 175 minlik satışdan aşağı düşməmək vacibdir. Bu nöqtədə daxili bazar ortaya çıxır. Türkiyədə son 3 ildə 1 milyon avtomobil satılıb. 2019-cu ildə 500 min ədəd belə satılmayıb. Xüsusilə, yerli bazarda bu avtomobilin cazibəsinin artırılması lazımdır”.

Digər mütəxəssislər isə bildirir ki, yerli avtomobilə sıfır vergi tətbiq edilsə, tələbat arta bilər.

Avtomobilin 5 modeldə 175 min ədəd istehsalı nəzərdə tutulub. Türkiyə Avtomobil Təşəbbüsü Qrupuna aid, C seqmentində, 100% elektrik mühərriklə işləyəcək avtomobilin qiyməti, hələ ki, açıqlanmır.

Avtomobilin kütləvi istehsaldan sonra xarici bazarlara çıxarılması, o cümlədən, Azərbaycana gətirilməsi də ehtimal edilir./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar