Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Cəlilabadda seçki QALMAQALI - "İcra hakimiyyətinin öz siyahısı var"

Tarix: 27-12-2019 06:00     Baxış: 2471 A- / A+
Cəlilabadda seçki QALMAQALI

"69 saylı Cəlilabad-Builəsuvar-Masallı seçki dairəsinin Ağdaş ərazi bələdiyyəsinə namizədlərin haqqında baş verən saxtakarlığa diqqətlə baxın. Birinci protokol məntəqədə hazırlanıbdır. Bu məntəqədə 1169 seçici olub, 332 seçici səsvermədə iştirak etmişdir. Bunların protokolu məntəqədə hazırlanan əsl protokoldur. Sonradan dairədə saxta protokol düzəldilmiş və Mərəkəzi Seçki Komissiyasına göndərilmişdir. Burada saxtakarlıqlar əsasında özlərinin "seçdikləri” namizədlərə səslər yazıblar. Məsələn, 920, 720, 683, 675, sonda 595... Baxın, 332 seçici necə olur ki, 920, 720 səs verə bilir?

69 saylı Cəlilabad-Biləsuvar-Masallı seçki dairəsində bələdiyyə üzvülüyünə namizədlərdən bir qrupu Miq.Az saytına göndərdikləri şikayət məktubunda bu barədə bildirilir.

Şikayətçilər qeyd edir ki, bələdiyyə seçkiləri qeyri-demokratik keçib və çoxlu kobud səhvlərə yol verilib:

"Bu onu göstərir ki, bizdə bələdiyyə seçkiləri deyilən seçki yoxdur. Sadəcə təyinat vardır. Belədirsə, gəlin bələdiyyəni İcra Hakimiyyətinin bir qolu elan edək və ona bu qədər pul da xərcləməyək. Bu gün bələdiyyələr icra hakimlərinin "yem” yeridir. Əgər parlament seçkiləri də belə keçiriləcəksə, onda vay halımıza... Gəlin, deputatları da təyin edək. Niyə bu seçkilərə də vəsait ayrılsın. Bizim tariximizdə həmişə şahlıq olmuş və şahın ətrafında da əyanlardan ibarət Şura fəaliyyət göstərmişdir. Bu Şuranın üzvlərini də Şah təyin etmişdir. Görünür ki, müsəlmanlara demokratik seçkilər yaraşmır. Demokratik seçkilər xristianlara aiddir. Ona görə də dünyanı idarə edirlər"-deyə redaksiyamıza göndərilən şikayət məktubunda bildirilir.

Cəlilabadda seçki QALMAQALI

Məktub müəlliflərinin sözlərinə görə, ölkə başçısının dəfələrlə bəyan etməsinə baxmayaraq, ətrafındakılar Ona düzgün məlumatlar çatdırmırlar. İctimaiyyət və media yazır, amma hələ nəticəsi yoxdur.

Saytımız vasitəsilə ölkə başçısına da müraciət ünvanlayan bələdiyyə namizədləri xahişlərini belə bildirirlər:

"Cənab Prezident! Seçki millətin dövlətə və iqtidara da münasibətini müəyyən edir. Sizin rayondakı nümayəndələriniz bu ilki bələdiyyə seçkilərini öz siyahıları əsasında formalaşdırdılar. Onlar bilə-bilə vətəndaşlar arasında sizə mənfi münasibət formalaşdırırlar. Bu, sabotajdır. Dövlətçiliyə qarşı sabotaj! Rayon İcra Hakimiyyəti başçıları o qədər arxayındırlar ki, haqqını müdafiə edənlərin qohum-əqrəbalarını işdən qovmaqla hədələyirlər. Təsəvvür edin ki, məktəbdə işləyən xadiməni işdən çıxarmaqla hədələyirlər. Hətta bununla bağlı bələdiyyə namizədi şikayətə də gedib." miq.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar