Xəbər lenti
“Yalnız seçkilər deyil, iş yerləri də saxtalaşdırılır”
“Noyabrın 1-ə olan məlumata görə, Azərbaycanda məşğulluq mərkəzlərində 78,7 min nəfər işsiz qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 232,4 faiz artım deməkdir. Bu dövrdə məşğulluq mərkəzlərində iş axtaranlara təklif olunmuş vakansiyaların (sərbəst iş yerlərinin) sayı tələb olunandan 4,4 dəfə az- 17,8 min olub”.
Manevr.az xəbər verir ki, bu barədə iqtisadçı alim Qubad İbadoğlu araşdırma aparıb.
“Müqayisə üçün qeyd edim ki, MDB Statistika komitəsinin məlumatına görə, həmin dövrə Belarusda rəsmi işsizlərin sayı 10,9 min nəfər olduğu halda vakansiyaların sayı ondan 9 dəfəyədək çox - 92,3 min nəfər, Rusiyada rəsmi işsizlərin sayı 645,4 min nəfər olduğu halda vakansiyaların sayı ondan 3 dəfəyədək çox - 1 milyon 651 min nəfər olub.
Rəsmi məlumata görə, Azərbaycanda 2019-cu ilin doqquz ayı ərzində ölkədə 164,4 min yeni iş yerləri açılıb, 7,3 min iş yeri bağlanıb. Görünür ki, Dövlət Statistika Komitəsi bağlanan iş yerlərinin sayını azaldır, açılan iş yerlərinin sayını da şişirdir. Yoxsa, 1 il ərzində ərzində rəsmi işsizlərin sayı 232,4 faiz arta bilməz”,- deyə o bildirib.
Rəsmi proqnozlarda 2020-ci ildə Azərbaycanda infilyasiyanın yüksək olacağı gözlənilir. Eyni zamanda, 2020-ci ildə gözlənilir ki, Azərbaycanda işsizlik artsın. Hesab edirəm ki, bu həm də Azərbaycanda mövcud olan aşağı sürətli iqtisadi artımla əlaqədardır. Çox təəssülər olssun ki, indiyədək bu istiqamətdə müəyyən cəhdlər olsa da Azərbaycan iqtisadi artım tempinə görə MDB-nin autsayderləri siyahısındadır. Bu da son nəticədə həm yeni iş yerlərinin yaradılması, iqtisadiyyata sərmayələrin cəlb olunması, əsaslı kapital qoyuluşunda müəyyən dəyişikliklərin həyata keçirilməsində çətinliklər yaradır. Yəni, son nəticədə düşünürəm ki, növbəti il üçün Azərbaycan vətəndaşları yenə də qiymət artımı problemləri ilə qarşılaşa bilərlər.bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar