Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Xəzərdə nərə balığı ovuna qadağanın müddəti uzadıldı

Tarix: 26-12-2019 12:43     Baxış: 3199 A- / A+
Xəzərdə nərə balığı ovuna qadağanın müddəti uzadıldı


Xəzər dənizində nərə balıqlarının ticarət məqsədilə ovlanması ilə əlaqədar qadağa 2020-ci ildə davam edəcək.

Manevr.az trend-ə istinadən xəbər verir ki, bunu İranın Balıqçılıq Təşkilatının sədri Nəbiyulla Xunmirzayi Tehranda keçirilə Xəzər dənizində su canlıları ehtiyatının qorunması və istifadə edilməsi ilə əlaqədar 3-cü iclasın sonunda deyib.

N.Xunmirzayinin sözlərinə görə, bununla əlaqədar protokol Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İranın nümayəndələri tərəfindən imzalanıb.

Təşkilat sədri əlavə edib ki, nərə balıqlarının ovu sadəcə ehtiyatların bərpası və araşdırma işləri üçün mümkün olacaq:

"Hazırda nərə balığının ticarət məqsədilə ovu qadağandır. 5 sahilaynı ölkənin ehtiyatları bərabər deyil və ölkələr ehtiyatları araşdırmaq və onu bərpa etməkdədirlər".

N.Xunmirzayinin sözlərinə görə, ölkələrin ehtiyatlarının bərpası üzrə zaman cədvəli tənzimlənib.

Təşkilat rəsmisi qeyri-qanuni ovla mübarizə ilə əlaqədar protokolun ilkin mətninin Türkmənistanın Aşqabad şəhərində keçiriləcək işçi qrupunun iclasında araşdırılacağını deyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar