Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ağstafada 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni ilin gəlişi münasibətilə bayram tədbiri keçirildi - ŞƏKİLLƏR

Tarix: 26-12-2019 11:04     Baxış: 21 201 A- / A+
Ağstafada 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni ilin gəlişi münasibətilə bayram tədbiri keçirildi

Ağstafa Regional Mədəniyyət İdarəsi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni 2020-ci ilin gəlişi münasibətilə bayram tədbiri keçirdi.

Manevr.az xəbər verir ki, Regional İdarənin təşkilatçılığı, Ağstafa rayon Uşaq Musiqi Məktəbi, Aşıq Ə.Rzayev adına Tovuz rayon Uşaq Musiqi Məktəbi, Qazax rayon 1 və 2 saylı Uşaq Musiqi Məktəblərinin, Aşıq Ə.Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzinin iştirakı ilə baş tutan konsert proqramından öncə çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl bayramı münasibətilə təbrik edərək, yeni ildə onlara uğurlar arzu etdi. O, çıxışında qeyd etdi ki, hazırda dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Həmrəylik günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir, Azərbaycan Respublikasında isə dövlət bayramıdır. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.

Natiq o cümlədən, İlham Əliyevin apardığı uğurlu siyasətdən, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, 2019-cu ildə əməkhaqqlarının bir neçə dəfə artırılmasından, Mədəniyyət nazirliyi tərəfindən təşkil olunan tədbirlərdən danışaraq dövlətin bütün sahələrə olduğu kimi mədəniyyət sahəsinə də diqqət və qayğısından geniş bəhs etdi.

Tədbirdə həmçinin Azərbaycan Aşıqlar Birliyinin Qazax-Ağstafa bölməsinin rəhbəri Aşıq Camoy Qurbanov 65 illik yubileyi münasibətilə İdarə rəisi və Qazax rayon MİHİ tərəfindən hədiyyə və fəxri fərmanla təltif olundu.

Tədbir Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Aşıq Ə.Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzi aktyorlarının hazırladığı yumoristik səhnələr, Uşaq Musiqi Məktəblərinin müəllim və şagird kollektivlərinin hazırladığı maraqlı ifalardan ibarət konsert proqramı ilə davam etdirildi.

Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi

Manevr.az

Xəbəri paylaş

Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Portalımızı dəyərləndirin.

Çox oxunanlar