Xəbər lenti
Azərbaycanlı bəstəkar Türkiyədə vəfat etdi

Azərbaycan Milli-Azadlıq Hərəkatının fəallarından olan, Türkiyənin Ərciyəz Universitetinin müəllimi, bəstəkar Müsəvvər Əsgəroğlu dünyasını dəyişib.
Manevr.az bildirir ki, bu barədə kult.az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
“Müsəvvər Əsgəroğlu neçə illər idi ki, Türkiyədə yaşayırdı. Vəfat xəbəri sosial şəbəkələrdə üzüntü ilə qarşılanıb. Müsəvvər Əsgəroğlu Meydan hərəkatının məşhur simalarından olan və hamının “Gültəkin ana” kimi tanıdığı Gültəkin Həsənovanın övladı idi. Azadlıq meydanında keçirilən ilk mitinqə o öz əlləri ilə tikdiyi müqəddəs üçrəngli bayrağımızı gətirib meydan iştirakçılarına paylamışdı.
Müsəvvər Əsgəroğlu 2 oktaybr 1947-ci ildə Naxçıvanda anadan olub. Məşhur Kəngərli nəslindən idi”, - E.Eltürk deyib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar