Xəbər lenti
Ağstafada "İNKİŞAFIMIZIN İLHAM ƏLİYEV ZİRVƏSİ" mövzusunda dəyirmi masa keçirildi - ŞƏKİLLƏR
Ağstafa Regional Mədəniyyət İdarəsi Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin ad günü münasibətilə “İNKİŞAFIMIZIN İLHAM ƏLİYEV ZİRVƏSİ” mövzusunda dəyirmi masa keçirdi.
Manevr.az-ın verdiyi xəbərə görə, tədbirdə Regional İdarənin əməkdaşları və mədəniyyət işçiləri iştirak etdilər.
Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev Mərkəzinin foyesində Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətini əks etdirən kitab sərgisinə baxdılar. Tədbir Mərkəzin konfrans zalında davam etdirildi.
Tədbiri giriş sözü ilə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov açaraq Prezident İlham Əliyevin Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasətini uğurla davam etdirdiyini bildirdi. İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanda bir dənə də olsun çadır şəhərciyinin qalmayacağını bəyan etməsi və bu vədinə prinsipiallıqla əməl edərək çadır şəhərciklərinin ən müasir yaşayış kompleksləri, çoxmərtəbəli, müasir binalarla əvəz etməsi, məcburi köçkünlərin sosial-iqtisadi durumunun yaxşılaşdırılması məqsədilə yeni dövlət proqramlarının qəbul olunaraq həyata keçirilməsi Prezidentin bu təbəqənin problemlərinə necə qayğıyla və həssaslıqla yanaşdığının bariz nümunəsidir. Natiq həmçinin, Azərbaycanın ordu quruculuğunda, eyni zamanda sosial-iqtisadi inkişafın təmin olunmasında, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsində, mədəniyyətin, incəsənətin və s. inkişafında Prezidentin diqqət və qayğısını xüsusi qeyd etdi.
Vüqar Qədirov çıxışında bir daha ölkə başçısı, Möhtərəm cənab İlham Əliyevi ad günü münasibətilə təbrik etdi, ona möhkəm can sağlığı, dövlətimizin və xalqımızın daha da qüdrətlənməsi və inkişafı naminə müvəffəqiyyətlər və uğurlar arzuladı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həm həyat yoldaşı kimi, həm vitse-prezident kimi hər zaman İlham Əliyevin yanında olduğunu xüsusi vurğuladı.
Tədbirdə çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəis müavini Gülgün Kərimov, mətbuat katibi Xəyal Nağıyev,Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Ağstafa rayon MKS-nin direktoru Solmaz Nağıyeva, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Aygün Əyyubova və başqaları qeyd etdilər ki, Azərbaycan milli dövlətçilik tarixinin heç bir mərhələsində indiki qədər qüdrətli olmayıb. Bu inkişafı, sabitliyi, tərəqqini təmin edən amil ölkəmizdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Bütün bunlara görə Azərbaycan xalqının alternativsiz seçimi məhz cənab İlham Əliyevdir. Qeyd olundu ki, bu gün Ağstafa Regional Mədəniyyət İdarəsinin bütün kollektivi ölkə başçısını ürəkdən təbrik edir, ona bu şərəfli yolda uğurlar arzulayır.
Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar