Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Sosial ev”lərin onlayn satışı canlı yayımda təşkil olunsun! - Tələb

Tarix: 25-12-2019 17:35     Baxış: 4255 A- / A+
“Sosial ev”lərin onlayn satışı canlı yayımda təşkil olunsun! - Tələb

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində qalan 248 mənzilin satışını həyata keçirsə də, satışla əlaqədar hələ rəsmi məlumat yaymayıb. Bununla yanaşı, satışla əlaqədar MİDA-nın sosial şəbəkə hesablarında vətəndaşlar narazılıqlarını bildirərək, sistemin gec açılmasını, mənzil əldə edə bilmədiklərini və s. qeyd ediblər.

Manevr.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti, İT üzrə ekspert Osman Gündüz bildirib ki, o, onlayn satışda müşahidəçi olaraq iştirak edib.
“Sosial ev”lərin onlayn satışı canlı yayımda təşkil olunsun! - Tələb

“Müşahidə etdiklərimin hamısını hər zaman açıqlayıram. Monitorda gördüklərim əsasında deyə bilərəm ki əvvəlki proseslərdən fərqli hər hansı bir hal müşahidə etmədim. Monitordan görsəndi ki ilkin seçim təxminən 11-12 san ərzində baş verib.

Bu gün reallaşan onlayn satışla bağlı mənim tanıyıb, rəyinə hörmətlə yanaşdığım xeyli sayda istifadəçilər sistem işə düşən anda bir neçə saniyəlik, 4-5 saniyəlik ləngimənin olduğunu iddia edirlər. Bildirirlər ki əvvəllər belə hal olmayıb”,-deyə Osman Gündüz bildirib.

Ekspert qeyd edib ki, seçim prosesinin mahiyyəti elə qurulub ki bir neçə saniyə, hətta bir saniyə də nəticəyə təsir edə bilir: “Bildiyim qədər MİDA təhlükəsizlik və botların qarşısını almaq üçün bu dəfə əlavə də tədbirlər görübmüş , CAPTCHA-nı da dəyişib.

Beləliklə, düşünürəm ki bu gün gerçəkləşən onlayn satışda əvvəlkindən fərqli situasiya olub. Bu yeni situasiyanın, sistemin ləngiməsinin səbəbləri araşdırılmalı və açıqlanmalıdır.

Düşünürəm ki araşdırmadan sonra narazı və şikayətçi olan iddiaçılarla, müstəqil İT mütəxəssislərin iştirakıyla MİDA-da görüş keçirmək, birgə log fayllara baxmaq faydalı olardı. MİDA bütün şikayət və narazılıqların diqqətlə araşdırılacağını bildirib”.

O.Gündüz deyib ki, o, şəffaflığın təmin edilməsi üçün insan iştirakının minimuma endirmək üçün İT-nin tətbiqini təqdir edir: “Bununla belə İT bacarıqları yetərli olmayanlar üçün əlavə seçim imkanları yaradılmasını vacib hesab edirəm və bunla bağlı təklifləri vermişik. Əgər növbəti onlayn satışlarda canlı yayım təşkil olunmayacaqsa onda mən müşahidə prosesində iştirakıma yenidən baxacam”.bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar