Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bayram Nurlunun bələdiyyə seçkisində iştirakına dair rəsmi AÇIQLAMA

Tarix: 25-12-2019 16:00     Baxış: 3218 A- / A+
Bayram Nurlunun bələdiyyə seçkisində iştirakına dair rəsmi AÇIQLAMA

Özünü cəmiyyətə ekstrasens kimi təqdim edən Bayram Nurlu bir müddət əvvəl sosial şəbəkədə yaydığı paylaşımda builki bələdiyyə seçkilərinə qatılacağını bildirmişdi. Onun 112 saylı Qax Seçki Dairəsindən namizədliyini irəli sürəcəyi barədə yayılanlar hər kəsin təəccübünə səbəb olmuşdu. Bayram Nurlunun seçkilərdə bitərəf namizəd kimi iştirak edəcəyini qeyd edilmişdi.

Artıq 23 dekabr tarixli bələdiyyə seçkiləri yekunlaşıb və hazırda nəticələr müzakirə olunur.

İki gündür sosial şəbəkələrdə yenə Bayram Nurlu haqqında söz-söhbətlər, informasiyalar tirajlanır. Hətta bəziləri onun bələdiyyə üzvü seçildiyi haqqında məlumatlar paylaşır, müzakirələr açır. Maraqlıdır ki, bu müzakirələrə qoşulanlar arasında təsdiqlənməmiş məlumatların doğruluğuna inananlar da az deyil, tənqid edənlər, ona uğurlar arzulayanlar da.

Manevr.az xəbər verir ki, modern.az-ın əməkdaşı Bayram Nurlu ilə bağlı yayılan informasiyaları dəqiqləşdirməyə çalışıb.

Və kiçik bir araşdırma vəziyyətin tamamilə fərqli olduğu ortaya çıxardı.

MSK-nın rəsmi saytına nəzər saldıqda aydın oldu ki, 112 saylı Qax Seçki Dairəsinin heç bir məntəqəsində Bayram Nurlunun adı-soyadı yoxdu.

Qeyd edək ki, Bayram Nurlunun şəxsiyyət vəsiqəsində adının bu cür olmadığını, seçkilərə isə əsl adı ilə qatıldığını iddia edənlər də var.

Məlumat üçün bildirək ki, Bayram Nurlunun özünün açıqlamasına görə, şəxsiyyət vəsqəsində ad və soyadı Bayraməli Musayevdir.

Amma MSK-nın saytında 112 saylı Qax Seçki Dairəsi üzrə siyahıda Bayraməli Musayev ad-soyadı da yoxdur.

Bəs maraqlıdır, niyə hamı Bayram Nurlunun bələdiyyə üzvü seçildiyini düşünür?

Məsələni dəqiqləşdirmək üçün Qax rayon Dairə Seçki Komissiyası ilə də əlaqə saxladıq. Komissiyadan bildirdilər ki, Bayram Nurlu haqqında yazılanlar həqiqəti əks etdirmir:

“Həmin şəxs ümumiyyətlə, namizədlik üçün sənədlərini belə təqdim etməyib. Niyə belə bir məlumat yayıldığı müəmmalıdır… Halbuki həmin şəxs seçkilərdə iştirak etməyib. Adam seçkiyə qatılmayıbsa, necə bələdiyyə üzvü ola bilər?”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar