Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əfv müraciətlərinə baxılır: Sərəncam nə vaxt imzalanacaq?

Tarix: 25-12-2019 12:51     Baxış: 5227 A- / A+
Əfv müraciətlərinə baxılır: Sərəncam nə vaxt imzalanacaq?


"Əfv Komissiyasının toplantılarına adətən yanvar ayından başlanılır”.

Manevr.az xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid deyib.

O bildirib ki, il ərzində komissiya üzvlərinə, prezidentə bununla bağlı müraciətlər daxil olub: "Mənə də təxminən 20-ə yaxın müraciət daxil olub. Müraciətləri Prezident Administrasiyasının Əfv məsələləri sektoruna göndəririk, orada baxılır və qaydalara uyğundursa, əfv üçün müvafiq sənədlər hazırlanır”.

Rəşad Məcid qeyd edib ki, son illərdə əfv sərəncamları Novruz bayramı ərəfəsində olur: "Bu səbəbdən də düşünürəm ki, gələn il də əfv sərəncamı mart ayında olacaq. Bundan başqa güman edirəm ki, Əfv Komissiyasının sədri yeniləcək və yeni tərkib olacaq. Yanvar ayından sonra isə yəqin ki, iclaslara başlanılacaq. Keçən il təxminən 1000-ə yaxın müraciət var idi, güman edirəm ki, yenə də o qədər müraciət olacaq”.

Qeyd edək ki, bu il martın 16-da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 431 nəfər əfv edilib. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.

Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər də cəzadan azad olunub.

Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

1 nəfər ictimai işlər cəzası, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv sərəncamı 14 xarici vətəndaşa, o cümlədən 3 Gürcüstan, 2 Rusiya, 2 Nigeriya, hərəsinə 1-i olmaqla Türkiyə, İran, Özbəkistan, Çin, Kamerun, Hindistan, Belarus vətəndaşlarına da şamil olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar