Xəbər lenti
Seçki deyil, əsl “divlər” yarışıdır!
Parlament seçkisi xeyli vaxtdır start götürüb. Bir-birinin ardınca elə maraqlı hadisələr baş verir ki...
Tanınmış jurnalist, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu Ümid Partiyasının sədri İqbal Ağazadə ilə 35 saylı Xətai 3-cü seçki dairəsində bir-birinə qarşı mübarizə aparacaq.
İllərin dostu, “xlebniki”...
Tanınmış jurnalistlər Zahir Əzəmətlə Ceyhun Musaoğlu 45 saylı Abşeron seçki dairəsində üz-üzə gələcək.
İllərin dostu, həmkarı...
Hələ bu harasıdır? Putinin dostu, məşhur hüquq professoru İlham Rəhimov 105 saylı Tovuz seçki dairəsindən namizəd ola bilər, çün rayon ziyalıları müraciət yayıblar. Bu rayondan isə Milli Məclisin ən aktiv deputatlarından olan Qənirə Paşayeva namizədliyini verib.
Bu yandan MM-in digər nüfuzlu deputatı Qüdrət Həsənquliyev həmişə seçildiyi 7 saylı Ordubad-Culfa dairəsindən deyil, 36 saylı Xətai dördüncü seçki dairəsindən namizədliyini irəli sürdü. Bu dairədən ötən seçkidə yenə də MM-in ən aktiv və AŞPA-da Azərbaycanı kifayət qədər peşəkar təmsil edən Səməd Seyidov deputat seçilmişdi.
Əcəba, Qüdrət Həsənquliyev Səməd Seyidovlamı yarışacaq?
Tanınmış jurnalistlər Ləman Ələşrəfqızı, Afət Telmanqızı, Aygün Muradxanlı, hüquq müdafiəçiləri Səməd Vəkilov, Cavad Cavadov, Fərhad Mehdiyev, ekspertlər Kamran Əsədov, Natiq Cəfərli, Erkin Qədirli, Vüqar Bayramov və daha kimlər-kimlər...Deyəsən, bu seçkilərdə namizəd olmayan bir elə mən qalmışam.
Həə, hələ əsas məsələ qarşıdadır, axı! Seçkilərin favoriti – YAP seçki siyahısını təqdim etməyib. YAP siyahını açıqlayandan sonra lap mərəkə qopacaq.
Bu seçki əvvəlki seçkilərin heç birinə bənzəməyəcək. Əsl “divlər” yarışıdır sanki!
Təsəvvür edə bilirsinizmi?
Mən ha çalışıram, təxəyyülümün imkanlarını ha səfərbər edirəm, bir nəticə hasil edə bilmirəm.
Bəs, siz?
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar