Xəbər lenti
Ərdoğandan Milad təbriki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 24 dekabr – xristianların Milad bayramı münasibətilə təbrik məktubu yayımlayıb.
Manevr.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğanın təbrik məktubunda deyilir:
“Köklü tariximizdən qazandığımız təcrübə və ilhamla, mənşə, irq, məzhəb, inanc ayrı-seçkiliyi etmədən bütün vətəndaşlarımızın öz mədəniyyət, din və adət-ənənələrini sərbəst yaşamaq azadlığına əhəmiyyət veririk. Fərqliliyi zənginliyimiz olaraq görür, sayğı və ədalətin, birlik və bərabərliyimizin olduğu düşüncəsiylə gələcəyə doğru addımlayır, sülh içində bir yerdə yaşayaraq bu coğrafiyada ortaq gələcək qurmaq mövzusunda qətiyyətimizi davam etdiririk.
Fərqli təriqətlər, adət və kilsələrə mənsub Xristian vətəndaşlarımızın öz inancları daxilində qeyd etdikləri Milad bayramının həmrəylik və tolerantlıq mühitinin inkişafına şərait yaratmasını arzulayıram,bütün xristian dünyasının Milad bayramını təbrik edirəm”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar