Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Şaxta baba və Qar qız evlərə neçəyə gedir? - VİDEO

Tarix: 22-12-2019 21:09     Baxış: 4191 A- / A+
Şaxta baba və Qar qız evlərə neçəyə gedir? - VİDEO

Yeni il bayramı ilə əlaqədar uşaqları Şaxta baba və Qar qız ilə sevindirmək istəyənlər təkcə parklara və digər yerlərə üz tutmurlar. Sosial şəbəkələrdə bu cür xidmətlər göstərən şəxslər var.

Manevr.az-ın məlumatına görə, onlar evlər, restoranlar və digər tədbirlərə gedib uşaqları sevindirirlər. Bu xidmətin qiyməti isə 15-80 manat arasında dəyişir.

Bir neçə ildir ki, uşaqları Şaxta baba geyimində sevindirən Tural Nəbiyev deyir ki, təkcə restoranlara deyil, evlərə də gedib bu xidməti göstərirlər.

Ceyhun Əhədi isə bu işin təşkilatçılığı ilə məşğuldur. Qymətlər Şaxta baba və Qar qızın gedəcəyi ünvana və göstərdiyi xidmətə görə dəyişir.

Bayrama sayılı günlər qalmasına baxmayaraq, artıq müraciət edənlər də var. Ötən illərlə müqayisədə isə sifarişlərin sayında azalma müşahidə olunur.

Vətəndaşlar bildirir ki, əvvəlki illərlə müqayisədə Şaxta baba və Qar qıza daha az rast gəlinir.

Qeyd edək ki, Şaxta baba və Qar qız olmaq istəyən şəxslər Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edə bilərlər. Bunun üçün həmin şəxslər 60 manat rüsüm ödəməlidirlər.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar