Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Polis laqeydliyi faciə ilə bitdi: prezident işə qarışdı – QORXUNC STATİSTİKA

Tarix: 22-12-2019 20:19     Baxış: 4202 A- / A+
Polis laqeydliyi faciə ilə bitdi: prezident işə qarışdı – QORXUNC STATİSTİKA


Qadına qarşı şiddət Avropada da get-gedə artır.

Zərif cinsə qarşı zorakılığa görə, qitədə ilk sırada qərarlaşan Rumıniyada qadınların 30 faizinin fiziki və ya cinsi təcavüzə uğradığı bildirilir. Avropa Birliyi ölkələrindən olan Fransada 2018-ci ildə 121 qadın öldürüldüyü halda, bu rəqəm Almaniyada 112 olub. Həmin qadınların əksəriyyəti hazırkı və ya əvvəlki həyat yoldaşları tərəfindən öldürülüb. Rumıniyada isə həmin il 84 ölüm faktı qeydə alınıb. Avropa Statistika Mərkəzinin bəyanatına görə, qadınlara qarşı şiddətdə Rumıniyada göstərici 4.3 faiz təşkil etdiyi üçün bu ölkə siyahıda ilk yerdə qərarlaşıb.

Xarici KİV Avropada sözügedən statistikada ön sırada duran Rumıniya və Fransada qadınlara qarşı şiddətdən bəhs edən yazını təqdim edir.

Rumıniyanın aidiyyəti orqanlarının açıqlamasında isə 2018-ci ildə ölkədə 18 min qadın ailə-məişət zəminində zorakılığa məruz qalıb. Bu göstərici 2017-ci ildə 20 min 531 olub. 2017-ci ildə Rumıniyada 46, 2016-cı ildə isə 57 qadın şiddət nəticəsində qətlə yetirilib.

Baş verən şiddətlərin 92 faizinin hazırkı və ya keçmiş həyat yoldaşları tərəfindən həyata keçirildiyi qeyd olunur. Zərərçəkənlərin 76 %-i qadın, 4 %-i uşaqlardır. Rumıniyada 2014-cü ildən tutulan ailə-məişət zorakılığının statistikasında qadınlara qarşı törədilən cinayətlərdə ailə və qohumlardan əlavə kiminsə iştirak etdiyi haqda məlumat verilmir.

Avropa Birliyi İnsan Hüquqları Agentliyinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, Rumıniyada 15 yaşından yuxarı qadınların 30 %-i həyatlarının müxtəlif dövründə fiziki və cinsi şiddətə məruz qalırlar. Bu ölkədə şiddətə məruz qalan qadınlardan yalnız 23 %-i polisə müraciət edib. 32% qadın isə cinsi şiddətə məruz qaldığını bildirib.



Eyni araşdırma ilə Rumıniyada qadınların 24%-nin 15 və ya daha aşağı yaşlarda fiziki və cinsi təcavüzə məruz qaldığı müəyyən edilib. Psixoloji şiddət göstəricisinin 30-39 % təşkil etdiyi qeyd olunur. Ayrıldıqdan sonra keçmiş həyat yoldaşları və sevgililəri tərəfindən təqib və təcavüzə məruz qalan qadınların isə göstəricisi 8 %-dir.

Fransa da qadın cinayətlərinin sayına görə ilk yerlərdən birini tutur. Bu ölkədə 2019-cu il ərzində 130 belə cinayət olub. Ən son belə fakt noyabrın 23-də qeydə alınıb. Həmin tarixdə qadın əri tərəfindən öldürülərək meşəyə atılmışdı. Fransada hər ötən il bu cinayətlərin artdığı qeyd olunur.

Fransada qadın cinayətlərinin artmasına görə bir sıra qadın haqları təşkilatlarının təşəbbüsü ilə 10 minlərlə insan yürüşlər keçirib. Hökumət buna cavab olaraq qaynar xətti yaradıb. Lakin qaynar xəttin fəaliyyəti elə ilk günlərdən yararsız olub. Qaynar xətt qadınları dinləyib tədbir görülmədiyi üçün təşkilatlar tərəfindən mənasız və gərəksiz hesab edilib. Hər 3 gündə 1 qadın cinayəti olan Fransada, qurbanların 22.4 %-nin 30-39 yaş, 17.2%-nin 40-49 yaş, 15.5 %-nin 20-29 yaş aralarında olduğu bildirilir.

Şübhəli şəxslərin 32.8 %-nin intihar etdiyi açıqlandığı halda, 49.1 % qadının şiddətə görə polisə müraciət etmədiyi bildirilir. Onların qarşılaşdığı ən böyük problemlərdən biri polisə müraciət edərkən ciddiyə alınmamalarıdır. Müraciət edən bir qadına qarşı polislərin qeyri-ciddi münasibəti də prezident Emmanuel Makron tərəfindən səs yazısı ilə izlənib.

Ötən ay əri tərəfindən boğazı kəsilən 39 yaşlı Stefanienin son zəng yazısı hiddətlə qarşılanıb. O, son olaraq polisə zəng edərək “keçmiş ərim qapıdadır, tez gəlin” deyə kömək istəyib. Lakin polisin “belə şeylər üçün gəlmirik” cavabı qadın öləndən sonra ortaya çıxıb.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar