Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda FANTASTİK qiymətə ağac satılır - VİDEO

Tarix: 21-12-2019 22:48     Baxış: 3165 A- / A+
Bakıda FANTASTİK qiymətə ağac satılır - VİDEO

Bakıda mərkəzdən kəndlərə doğru getdikdə yol kənarlarında dekorativ ağacların satılmasına yəqin ki rast gəlmisiniz. Burada yerli bitki sortları ilə yanaşı, xaricdən gətirilmiş ağac və kollar da satılır. Əməkdaşlarımız belə satış mərkəzlərindən birində olublar və qiymətlərlə maraqlanıblar. Əvvəlcədən deyək ki, elə bitkilər var ki qiymətləri on minlərlə manatla ölçülür.

Amerika və İtaliyadan gətirilən müxtəlif növ ağaclar.

Hollandiya, Afrika və digər ölkələrdən gətirilmiş dekorativ bitkilər.

Bəzilərinin yaşı 900 ili keçir. Mağaza ərazisinə daxil olan kimi diqqətimizi çəkən ağaclardan biri bu oldu. Ağacın yaşı bizi daha da təəcübləndirdi.

Qiymətin bu qədər baha olması bu bitkilərin daha çox dekorativ olması və bir sıra xüsusiyyətləri ilə əlaqələndirilir. Satışda dekorativliyi ilə seçilən digər bir bitkinin adı kratondur.

Mağaza müdiri Rufan Əmraslanov deyir ki, alıcılara ağacların xüsusiyyətləri barədə ətraflı məlumat verilir. Lazım gəlirsə evdə onlara servis xidməti də göstərilir. bəzi hallarda satışda qiyməti 50 min manatdan baha ağaclar da olur. Bu ağaclar əsasən sifariş əsasında gətirilir.

Rufan Əmraslanov həmçinin bildirir ki, artıq bəzi xarici bitkilərin azərbaycanda yetişdirilməsinə də nail olublar. Həmin xarici bitkilər burada əkilir və böyüdülür. Bu isə qiymətlərə təsir edir

Mütəxəssin sözlərinə görə, bu ağaclar əkilərkən xüsusi qaydalara əməl edilməlidir. Daha sonra isə onların yetişdirilməsi və uzunömürlü olması üçün xüsusi qulluq göstərilməlidir.xezerxeber


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar