Xəbər lenti
Qaz limiti ilə bağlı YENİ XƏBƏR - Bu tarixdən etibarən...
“Smart tipli sayğaclarda dekabr ayının 31-i saat 00:00-da qaz limiti sıfırlanacaq”.
Manevr.az xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib. O bildirib ki, sıfırlanmadan sonra Smart tipli sayğaclardan istifadə edən abonentlər üçün limit 2 200 kubmetr olacaq:
“Ancaq mexaniki sayğaclarda limitin sıfırlanması dekabr ayının 31-i baş tutmayacaq. Buna səbəb sözügedən sayğacların təsnifat dövrünün ayın 5-dən 5-nə olmasıdır. Bir sözlə, mexaniki sayğaclardan istifadə edən abonentlərdə qaz limiti yanvar ayının 5-də sıfırlanacaq və sayğaclara 2 200 kubmetr limit tətbiq ediləcək”.
Xatırladaq ki, bu il aprelin 30-da Tarif (qiymət) Şurası ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilməsi barədə qərar verib.
Bununla da əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 2 200 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 2 200 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanacaq.
Onu da əlavə edək ki, qaz sayğaclarında limitin artırılma prosesi mayın 1-dən nəzərdə tutulsa da, mayın 10-dək işlər tamamlanmışdı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar