Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Həbs olunan sabiq icra başçısının hüquq sistemində çalışan övladlarını nə gözləyir?

Tarix: 21-12-2019 12:01     Baxış: 4281 A- / A+
Həbs olunan sabiq icra başçısının hüquq sistemində çalışan övladlarını nə gözləyir?


Korrupsiyada ittiham olunan sabiq icra başçısının cinayət işinə hakim oğlu baxa bilməz.

Manevr.az xəbər verir ki, bu sözləri modern.az-a “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev söyləyib.

O, Cinayət Məcəlləsinin 41-ci maddəsinin ilk bəndini xatırladıb:

“Maddəyə görə, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

Cinayət cəzası törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və fərdi xarakter daşıyır. Bu baxımdan, Nizaməddin Quliyevin cinayət əməlinə görə övladlarının məsuliyyətə cəlb edilməsi, yaxud vəzifədən azad edilməsi qanuni deyil.

Sovet dövründə isə belə deyildi. Vəzifəli şəxs korrupsiya kimi ağır ittihamla məsuliyyətə cəlb olunsa, onun ailə üzvləri, yaxınları da eyni aqibəti yaşayırdı. İndi isə qanunvericilik buna icazə vermir”.

Ə.Nuriyev onu da qeyd edib ki, hüquq sistemində çalışan hər hansı şəxsin yaxın qohumları məsuliyyətə cəlb olunursa, həmin vəzifəlilər cinayət işinə baxa bilməz:

“Belə hallarda subyektivlik olmasın deyə, hakim və ya digər məsul şəxs cinayət prosesindən uzaqlaşdırılır. Çünki onlar birbaşa təsir etmək imkanlarına malikdirlər. Bütün məsələlərdə qanunun aliliyi təmin olunmalıdır”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar