Xəbər lenti
YAP-ın seçki şoku: siyahı bu səbəbə görə açıqlanmır
Seçki prosesinə start verilsə də, bəzi istisnalarla əksər siyasi partiyalar və hətta özlərini lider adlandıran şəxslər gözləmə mövqeyindədir.
Manevr.az xəbər veir ki, bu sözləri axar.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının seçki siyahısının hələlik açıqlanmamasının doğurduğu reaksiyalar barədə danışan Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı deyib. O vurğulayıb ki, əksəriyyət seçkiyə gedəcəyini bildirsə də, konkret dairələrlə bağlı “dəqiqləşmələr” apardıqlarını iddia edirlər:
“ReAL sədri İlqar Məmmədovun açıqlaması da bu qəbildəndir. O, “YAP, sənin siyahın açıqlanmayınca, hardan namizəd olacağımı bilməyəcəksən. Ordan-burdan öyrənməyə çalışma...” kimi statusu ilə müxalif düşərgədəki mənzərəni əslində öz qeyri-peşəkarlığı və gülüş doğuran “arqumenti” ilə üzə çıxardı”.
A.Camalqızının sözlərinə görə, əsl həqiqət odur ki, hamı YAP-ın siyahısını və hakim partiyanın güclü namizədlərinin hansı dairədən veriləcəyini müəyyənləşdirməyə çalışır:
“Özlərini guya prezident seçkilərində hakim partiyaya rəqib kimi aparanlar belə hakim partiyanın seçki siyahısını gözləyir ki, YAP-la seçki yarışından yayınmağa nail olsunlar. Birinin cəsarəti çatıb demir ki, YAP bu ölkənin aparıcı siyasi partiyasıdır və onunla rəqabət aparmaq mümkün deyil. Ona görə də YAP-ın siyahısını gözləyirik ki, onların namizəd vermədiyi dairələrə üz tutaq və yaxud, heç olmasa, əsas simaları ilə qarşılaşmayaq. Bu siyasi mədəniyyəti və etirafı göstərmək əvəzinə hər kəs guya öz aləmində bir oyun oynayır və hesab edirlər ki, əsl mahiyyəti gizlətməyi bacarırlar”.
Politoloq qeyd edib ki, əslində bu etiraf həmin siyasətçilərin səmimi olmaları ilə yanaşı, reallığı qəbul etmələri və deməli, seçkini düzgün qiymətləndirdikləri demək olardı:
“Bu cəsarətli etiraf həmçinin müxalif düşərgədə də dəqiq hesablamalar aparıldığı, onların da sosioloji sorğularla işlədiyi və siyasi reallığa uyğun qərarlar qəbul etdiyi, dolayısı ilə seçki kampaniyasını düzgün qurmaları barədə rəy yarada bilərdi. Əksinə, onların reallığı gizlətməyə çalışması seçkidə məğlub olacaqlarını göz altına almaları və indidən məğlubiyyətə hazırlaşmaları anlamına gəlir. Yəni sanki müxalifətin böyük əksəriyyəti seçkiyə getməklə deyil, seçkidən sonrakı məğlubiyyəti kompensasiya etməklə, alibi axtarmaqla məşğuldur”.
A.Camalqızının sözlərinə görə, YAP faktiki olaraq seçki siyahısını gecikdirməklə meydan oxuyur:
“YAP sanki seçki siyahısını qəsdən uzadır ki, müxalifətin olan-qalan təbliğat imkanlarını və vaxtı necə əldən verməsini seyr etsin. Müxalifət də bu şansı YAP-a tanımaq məcburiyyətində olduğunu nümayiş etdirməkdən başqa heç nə edə bilmir. Yəni YAP “siyahı siyasəti” ilə rəqiblərinə artıq indidən şok yaşadır. Beləliklə, hələ siyahısı açıqlanmayan YAP qalib kimi, müxaliflər isə məğlub kimi davranır. Bu mənzərəni dəyişməyə isə heç bir müxalif cəhd belə etmir. Belə görünür ki, hazırkı sosial bazaları ilə müxaliflər heç nəyə qadir olmadıqlarını hamıdan daha yaxşı bilirlər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar