Xəbər lenti
Sayğaclara görə kim məsuliyyət daşıyır?
Yeni su sayğacları binaların blokunda quraşdırılıb. Bu da sakinlərin narazılığına səbəb olur, çünki istənilən şəxs rahatlıqla binaya daxil ola, sayğacların qapağını açaraq blomunu qıra və ya hər hansı zərər yetirə bilər.
Mələsə ilə bağlı ARB TV-nin "Günə Doğru” proqramında geniş süjet yayımlanıb.
Sakin: "Əl altındadır. Düzgün olmayan yerdə quraşdırılıb. Uşaqlar maraq üçün baxar, problem yaranar deyə hər ehtimala qarşı üstünü bərkidib bağlamışam”.
Ancaq "Azərsu” ASC-dən verilən məlumata görə binalarda sayğacların başqa formada quraşdırılmasına hazırda şərait yoxdur.
Anar Cəbrayıllı – "Azərsu” ASC-nin Mətbuat Xidmətinin Rəhbəri: "Hansı binalarda elə boş yer var ki, biz orada quraşdıraq? Texniki imkanlar imkan vermir, ona görə orda quraşdırılır. Məcburi tələb qoyulub ki, sayğaclar pilləkən qəfəslərində quraşdırılsın ki, sabah borcu olan abonentlərin çox şəkildə su təchizatını dayandıra bilək. Ona görə də mütləq pilləkən qəfəslərində olmalıdır”.
Abonentləri narahat edən digər bir məsələ isə cavabdehlik məsələsidir. Qapısı belə bağlanmayan, yaxud olmayan bina bloklarında sayğaclara dəyən ziyana görə vətəndaş məsuliyyət daşımalıdırmı?
Sakin: "Əslində içəridə olmağı yaxşıdır ki, heç olmasa kənar şəxslər toxunmasınlar”.
Sakin: "Mən evimdə otururam, blokda yox. Elə mənim kimi başqa qonşular da. Evin içində olanda bayırda onu kim qırır, biz onu görə bilərik?
Qurumdan bildirdilər ki, binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən kənar müdaxilə hallarına qurumun özü cavabdehlik daşıyır.
Anar Cəbrayıllı – "Azərsu” ASC-nin Mətbuat Xidmətinin Rəhbəri: "Həyət evlərində istənilən halda suölçən cihazların, yəni sayğacların işlək vəziyyətdə olmasına cavabdehliyi abonent daşıyır. Yəni o sayğac orada oğurlansa, sındırılsa, hər hansı kənar müdaxilə olsa, dəyişdirilməsinin qiymətini vətəndaş ödəyir”.
Ölkə üzrə 5 mindən çox binada su sayğacları pilləkən qəfəslərində quraşdırılıb. Hər nə qədər aiddiyyatı qurum sayğacların məsuliyyətini öz üzərinə götürsə də, abonentlər də bu məsələdə biganə olmamalıdır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar