Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Evinizdə bu hərəkətləri etsəniz 250 AZN cərimələnəcəksiniz — 00-dan 07-dək

Tarix: 20-12-2019 16:23     Baxış: 3207 A- / A+
Evinizdə bu hərəkətləri etsəniz 250 AZN cərimələnəcəksiniz — 00-dan 07-dək

Çox vaxt qonşular arasında münaqişə həddən artıq səs-küy yaranan zaman baş verir. Bu da gecə vaxı insanların rahatlığını pozur.

Manevr.az baku.ws-ə istinadla xəbər verir ki, sosial şəbəkələrdə tez-tez vətəndaşlar səs-küydən, musiqidən və qonşuların təmir işlərindən şikayət edirlər.

Daha çox şikayət çoxmərtəbəli binalarda yaşayan vətəndaşlardan gəlir. Vətəndaşlar bu vəziyyətdə nə etməli və hara müraciət etməli olduğunu və qarşı tərəfi hansı cəzanın gözlədiyini bilmirlər.

Mövzunun aktuallığını nəzərə alaraq vətəndaşları marifləndirəcək suallara cavablar hazırlamaq qərarına gəlmişik.
Hası hallarda vətəndaşların hüquqları pozulur?

Bunlara aşağıdakılar daxildir: qışqırıq, fit çalmaq, musiqi alətləri ifa etmək, televizor və ya səsgücləndirici vasitələrin səsini artırmaq, yenidən qurmaq, təmir işləri və vətəndaşları narahat edəcək digər hallar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.

Maddə 521-də Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması ilə bağlı qeyd olunur: "Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə-fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Narahatedici hallarla üzləşdikdə ilk əvvəl həmin durumu səsyazma cihazına və ya telefonunun kamerasına qeyd edin. Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə zəng edərək baş verənləri bildirmək lazımdır. Polis əməkdaşları dərhal hadisə yerinə gəlməli və qayda pozanlar ilə profilaktik görüş keçirməli və lazım olduqda protokol tərtib etməlidir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar