Sizin Reklam Burada
Xəbər lenti
02-02-2026
01-02-2026
BÜTÜN XƏBƏRLƏR

“188 yükdaşıma xidməti” işçilərinin əmək haqlarını vermir - VİDEO

Tarix: 19-12-2019 22:39     Baxış: 3234 A- / A+
“188 yükdaşıma xidməti” işçilərinin əmək haqlarını vermir - VİDEO

Bakıda yükdaşıma şirkəti işçilərinin əmək haqlarını vermir. Üstəlik şirkət işçilərin hərbi biletlərini, diplomlarını da girov saxlayır.

Manevr.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, bu iddiaları elə həmin şirkətdə sürücü işləyən şəxslər səsləndirib.

Bildiriblər ki, onlar uzun müddətdir “188 yükdaşıma xidməti”ndə sürücü kimi çalışırlar. Son vaxtlar şirkət onların əməkhaqlarını verməyib. Buna etiraz edərək işdən çıxan sürücüləri şirkət bu dəfə sənədlərini verməməklə cəzalandırıb.

30-a yaxın işçinin diplom, hərbi bilet və bu kimi vacib sənədləri şirkət tərəfindən girov saxlanılıb.

Səsləndirilən bu iddialarla bağlı “188 yükdaşıma xidməti”nin qarajına üz tutduq.

Həmin ünvanda rəhbərliyin olmadığını dedilər və qapıları üzümüzə bağladılar. Daha sonra qarajın rəisi Rəşad Mustafayevlə telefon vasitəsi ilə əlaqə saxladıq. O, açıqlamasında iddiaların əsassız olduğunu bildirdi.

Qeyd edək ki, zərərçəkmişlər artıq faktla bağlı Nizami rayonu 24-cü polis şöbəsinə də müraciət ediblər. Onların hər birinin izahatı alınıb və məsələnin araşdırılacağı bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar