Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirlik rəsmisi Azərbaycanda qeyri-infeksion xəstəliklərin əsas səbəblərini açıqladı

Tarix: 19-12-2019 12:43     Baxış: 3151 A- / A+
Nazirlik rəsmisi Azərbaycanda qeyri-infeksion xəstəliklərin əsas səbəblərini açıqladı


Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Azərbaycanda keçirilən qeyri-infeksion xəstəliklərin öyrənilməsi: STEPS sorğusunun nəticələri insanların sağlam həyat tərzi vərdişlərinə yiyələnməsinin vacib olduğunu göstərdi.

Manevr.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev "Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları" mövzusunda II Milli Konfransda çıxışı zamanı deyib.

Q.Haqverdiyev bildirib ki, qeyri-infeksion xəstəliklər tütünçəkmə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk faktorları ilə bağlıdır.

Q.Haqverdiyev bildirib ki, 2017-ci ilin may ayından 2018-ci ilin mart ayına qədər qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin araşdırılması üzrə STEPS sorğusu keçirilib:

"Sorğuda 18-69 yaş arasında 2801 nəfər iştirak edib. Onlar arasında siqaret çəkənlər 24 faizdir. Sorğuda istirak edən kişilərin 48.8 faizi, qadınların isə 0.2 faizi siqaret çəkir. 45-69 yaşlı kişilər arasında alkoqol istehlakı 30 faizə yaxındır.

18-44 yaşlılar arasında bu göstərici 27 faizə yaxındır. Alkoqol qəbul edənlərin 27 faizi şəhərdə, 28 faizi isə kənd yerlərində yaşayır. Həkim məsləhəti və ya içkinin mənfi təsiri kimi sağlamlıq səbəblərinə görə içkidən imtina etməli olan köhnə içənlər (son 12 ay ərzində alkoqol qəbul etməyənlər) arasında kişilərin faiz nisbəti 41.2 olub.

Sorğunun nəticələrini təhlil edəndə görürük ki, məsələn, əgər 2011-ci ildə iştirakçıların yalnız 15 faizi gündə 400 qram meyvə və tərəvəz qəbul etdiyini bildiribsə, 2017-ci ildə bu rəqəm artıq 25 faiz idi. Deməli, maarifləndirmə və sağlam həyat tərzi istiqamətində aparılan təbliğat insanların adət etdiyi vərdişləri dəyişməsinə təkan verir".

Direktor qeyd edib ki, gün ərzində beş qramdan az duz qəbul olunması hipertoniya, ürək qan-damar xəstəliklərinin və insultun qarşısını alır:

"ÜST-ə üzv ölkələr qərara alıb ki, duz qəbulunun 30 faiz azaldılması ilə 2025-ci ilə qədər böyüklər, yeniyetmələr və uşaqlarda diabet və piylənmə artımına son qoymağa nail olunacaq. STEPS sorğusunda iştirak edənlərin 25,7 faizi əsasən yeməyin dadına baxmamış və ya yeyərkən duz tökür. Həmişə və ya bəzən yüksəkduzlu məhsullardan istifadə edənlər isə 26.6 faiz təşkil edir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar