Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Pensiyalarla bağlı əhaliyə ŞAD XƏBƏR: Yanvar ayından etibarən...

Tarix: 19-12-2019 11:18     Baxış: 3176 A- / A+
Pensiyalarla bağlı əhaliyə ŞAD XƏBƏR: Yanvar ayından etibarən...


"Pensiya alan vətəndaşımızın aldığı pensiya məbləği artıq gələn aydan indeksasiya olunacaq və yanvar ayında pensiyaçılar artırılmış məbləği alacaqlar”.

Manevr.az xəbər verir ki, bunu Sosial və İqtisadi İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramov qeyd edib.
İqtisadçı ekspert bildirib ki, son günlər CESD-ə pensiya məbləğlərinin necə indeksasiya olunacağı ilə bağlı daha çox suallar ünvanlanır: "Qeyd edək ki, hər ilin yanvarında pensiya və eləcə də pensiya kapitalının indeksasyası həyata keçirilir. Mövcud qanunvericiliyə əsasən, pensiya məbləğləri əvvəlki ildə orta aylıq əmək haqqıdakı artımlara, pensiya kapitalı isə infilyasiya səviyyəsinə uyğun olaraq indeksasiya olunur. Bu o deməkdir ki, pensiya alan vətəndaşımızın aldığı pensiya məbləği artıq gələn aydan indeksasiya olunacaq və yanvar ayında pensiyaçılar artırılmış məbləği alacaqlar. Pensiya kapitalı olan, amma hələlik pensiya yaşı çatmayan vətəndaşlarımız yığımı isə infilyasiya göstəricisi ilə indeksasiya olunub artırılacaq”.

Ekspert qeyd edib ki, hələlik, pensiya məbləğlərinin indeksasiya məbləği dəqiqləşməyib: "Çünki bu rəqəm il başa çatandan sonra müəyyənləşir. Gözlənilir ki, 2020-ci il yanvarın ikinci yarısı Dövlət Statistika Komitəsi orta aylıq əmək haqqıdakı rəsmi artımı elan etdikdən sonra pensiya məbləğləri indeksasiya olunaraq artırılacaq”.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında orta aylıq əmək haqqı 5,6 faiz artıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar