Xəbər lenti
Sığorta eksperti Aqrar sığortadan DANIŞDI
Nazirlər Kabinetində Aqrar sığortanın təsir dairəsinə düşən məhsullarla bağlı Qərar imzalanıb.
2019-cu ilin iyununda aqrar sığorta ilə bağlı qanun qəbul edilib. 2019-cu ilin avqustunda isə Prezident İlham Əliyevin Fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb. 2020-ci il üçün Aqrar Sığorta Fonduna dövlət büdcəsindən 5 milyon manat ayrılıb.
Beynəlxlaq təcrübə də nəzərə alınaraq ölkəmizdə əvvəllər olmamış bu prosesin mərhələli həyata keçirilməsi məqsədəuyğun hesab olunur. Başqa tərəfdən, ilk dəfə tətbiq olunduğu üçün ölkəmizin aqrar sığorta sahədə tariflərin hesablanması üzrə metodologiya, sığorta riskləri və zərərlərinin qiymətləndirilməsi təcrübəsi yetərli səviyyədə olmadığı üçün bu işi mərhələli həyata keçirmək qərara alınıb.
Mövzu ilə bağlı Sonxeber.az-a sığorta eksperti Xəyal Məmmədxanlı danışıb. O, bildirib ki, aqrar sığorta ilə bağlı müəyyən məsələlər hələ də tam dəqiq deyil. Doğrudur, qanun və belə bir mexanizm qəbul olundu. Aqrar Sığortanın əhatə dairəsinə daxil olunacaq sığorta predmetləri də müəyyən olundu. Buna bitçilik, heyvandarlıq, quşçuluq məhsulları və sairə daxildir. Hələ ki, bunun hansı qaydada, hansı sığorta haqları, təminatları ilə həyata keçiriləcəyinə dair məsələlər biraz qaranlıqdır. Ona görə də düşünürəm ki, aqrar sığortadan danışmaq, yəni, mexanizmin nəyi əhatə edəcəyi, nə verəcəyi demək biraz tez ola bilər.
Mexanizm necə işləyəcək,dövlət büdcəsi hesabına nə qədər ödəniləcək, fermerlərin, sahibkarların özləri nə qədər ödəyəcək bu kimi məsələlərin bir çoxu hələ də dəqiqləşməyib. Düşünürəm ki, anacaq gələn il müəyyən edə biləcəyik mexanizm necə işləyəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar