Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Kirayə mənzil üçün müraciət nə zaman başlayacaq? – VİDEO

Tarix: 18-12-2019 21:47     Baxış: 3138 A- / A+
Kirayə mənzil üçün müraciət nə zaman başlayacaq? – VİDEO


Məlum olduğu kimi, dövlət başçısının ilin əvvəlində “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması” haqqında fərmanından sonra mənzillərin satışı qaydaları da müəyyənləşdi.

Hazırda ev sahibi olmaq istəyən minlərlə insanı maraqlandıran bir sual var. Proses nə zaman başlayacaq.

Kirayə mənzillər metronun “Qara Qarayev”, “Əhmədli” və “Neftçilər” stansiyasının yaxınlığında yerləşən binalardadır. İpoteka və Kredit Zəmanət Fondu artıq evlərin alınması və təmiri prosesi tam başa çatdırıb.

Hazırda elektron müraciət sistemi üzərində hazırlıqlar davam edir. Dəqiq tarix açıqlanmasa da, ilin sonuna vətəndaşların rəsmi müraciət vaxtının məlum olacağı gözlənilir.

Layihənin əsas özəlliyi satışda əlavə faizin olmamasıdır. Mənzillər bütün vətəndaşlara şamil edilir və yaşı 60-a qədər olan hər kəs müraciət edə bilər. Mənzili almaq üçün ilkin ödəniş kimi 12 aylıq kirayə haqqı ödənilməlidir.

İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, müraciət aktivləşəndən sonra vətəndaşlarımız ya ASAN xidmətə müraciət etməklə və ya elektron hökümət portalından istifadə etməklə özlərinə elektron kabinet yaradıb müraciət edə biləcəklər:

“Müraciət üçün tələb edilən sənədlərin siyahısı geniş deyil. Şəxsiyyət vəsiqəsinin sürəti eyni zamanda iş yerindən arayış əgər əmək müqaviləsi varsa əmək müqaviləsi və ya əyər işləmirsə bu halda da müraciət etmək hüququ var. İşləməyən vətəndaşlar sahibkarlıq fəaliyyəti ilə məşğuldursa onu təsdiq edən sənəd”.

Müqavilə bağlanandan 3 il ərzində kirayəçi tam ödənişi etməklə mənzilə sahib ola, yaxud normal qrafikli ödəniş sistemi ilə 25 ilə öz evinə qovuşa bilər. Bəs hansı hallarda mənzillər geri alına bilər?

Bu suala da ekspertin cavabı var:

“Əgər vətəndaş 60 gün ərzində ödəniş edə bilmirsə, o halda mənzilin geri alınması təmin olunacaq. Və ya kirayəçi, mənzil sahibi dünyasını dəyişibsə, o zaman mənzil varisinə təklif olunacaq. Varisi ödənişdən imtina edirsə, o halda mənzilin geri alınması təmin olunacaq. Və ya mənzilə ciddi ziyan vurulacağı halda mənzilin geri alınması tətbiq olunacaq.

Satışa çıxarılacaq bir otaqlı mənzilin qiymətinin təxminən 40 min manat civarında olacağı bildirilir.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar