Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sənədsiz evlərlə bağlı MÜJDƏ

Tarix: 18-12-2019 12:18     Baxış: 3245 A- / A+
Sənədsiz evlərlə bağlı MÜJDƏ

Bakının bir neçə rayonunda sənədsiz evlərin dövlət qeydiyyatına alınması məqsədi ilə işlərə başlanıb.

Manevr.az xezerxeber-ə istinadən xəbər verir ki, Nərimanov rayonu, Xutor qəsəbəsi 1-ci Şimal Ştilliyi, 4-cü Aşırım və digər küçələrdə yerləşən sənədsiz həyət evlərinin dövlət qeydiyyatına alınması üçün mənzil və həyətyanı sahələrdə ölçmə işləri aparılıb.

Sakinlərə isə bildirilib ki, ölçmə işlərinin aparılması yaxın vaxtlarda sənədsiz evlərə çıxarışların verilməsi məqsədi daşıyır.

Nərimanov rayonu 53 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Edson İmanovun sözlərinə görə, ərazi üzrə yerləşən sənədsiz həyət evlərinin dövlət qeydiyyatına alınması işləri 90 faiz yerinə yetirilib.

Xüsusi ilə də Xutor qəsəbəsi ərazisində yüzlərlə sənədsiz həyət evlərində ölçmə işləri aparılıb və həmin evlər qeydiyyata alınıb.

Nəsimi rayonu 3-cü Alatava, Cəlil Məmmədquluzadə və bir neçə küçələrdə də bu işlər aparılıb. Ancaq bəzi sənədsiz evlər var ki, həmin evlərdə ölçmə aparılmayıb.

Nəsimi rayon 33 saylı Mənzil Kommunal İstismarı Sahəsinin rəisi Mirnazir Əliyevin sözlərinə görə, rayon ərazisində olan sənədsiz evlər və həyətyanı ərazilərdə ölçmə işləri bu ilin sonuna kimi yekunlaşacaq.

Qeydiyyata alınan sənədsiz evlərlə bağlı məlumatlar isə Nəsimi rayon İcra Hakimiyyətinə təqdim ediləcək.

Qeyd edək ki, sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı Bakıda bir neçə rayon icra hakimiyyətlərində komissiya təşkil edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar